Uzun illərdir alimləri «şəxsiyyətin formalaşmasına daha çox irsiyyət yoxsa tərbiyə təsir edir?» sualı maraqlandırır. Ən son araşdırmalara görə isə, ögey valideynlər uşağa bioloji valideynlərin irsiyyətindən daha çox təsir göstərə bilər.
Ekseter və Hamburq universitetlərinin alimləri şəxsi xüsusiyyətlərin nəsildən nəslə necə keçdiyini bilmək üçün amadin quş növünü öyrənmək qərarına gəliblər.
Bəzi amadinlər özlərini utancaq aparır, sakitcə bir yerdə oturmağı üstün tutur, bəziləri isə özlərini tam tərsinə, dominant göstərirdi. Alimlər bütün bu quşlara həyata yeni nəsil gətirmələrinə imkan verdilər.
Yeni nəslin yumurtadan çıxmağına lap az vaxt qaldıqda, alıimlər bəzi yumurtaların yerini dəyişdirdilər, daha sonra isə təzə yumurtadan çıxan quşların xüsusiyyətlərini öyrənməyə başladılar. Balacalar doğma valideynlərinin ölçülərini və rəngini özlərində saxlasa da, davranışları artıq «ögey valideynlərindəki» kimi idi.
Alimlər əmindir ki, araşdırma amadinlər üzərində aparılsa belə, həmin nəticələr başqa növ canlılara, o cümlədən, insanlara da şamil edilə bilər.
Tarix: 26.11.2014 / 13:33 Müəllif: Aziza Baxılıb: 16 Bölmə: Maraqlı Melumatlar