Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kraliça II Yelizavetanın 50 illik sirri

2003- cü ildən bəri Kraliçanın paltarlarını dizayn edən modaliyer Stevard Palvin Kraliçanın demək olar ki, hər fotosunda ən böyük ortaq nöqtə olaraq ortaya çıxan dəri ayaqqabıları ilə bağlı detalları açıqlayıb.

Məşhur ingilis qəzetinə müsahibə verən Palvin Yelizovetanın ayaqqabılarının Londononun Kensinqton səmtində yerləşən tarixi Anello və David ayaqqabı sexində 4 nəfərlik bir komanda tərəfindən hazırlandığını bildirib. Adını daşıdığı nənəsinin tövsiyəsi ilə bu ayaqqabı sexini seçən Kraliça burdakı ilk ayaqqabısını 1960- cı illərin əvvəllərində hazırladıb. Kraliçanın yeni ayaqqabısıdan narahat olduğu üçün ayaqları Yelizoveta kimi 37 nömrə olan bir saray əyanı tərəfindən Buckingham Saray dəhizlərində geyinilrək, genşləndirildiyini ifadə edən Palvin "Cinders adı verilən saray əyanı yeni ayaqqabıları pambıq corablarla geyinib bir müddət xalçaların üstündə gəzir” deyib.

1922-ci ildə tikilən Anello və David ayaqqabı sexinin ustalarında olan David Hyatt "Kraliça üçün hər il bir, ya da iki ayaqqabı istehsal edirik. Bəzən də köhnə ayaqqabılarının iplərini və topuqlarını dəyişərək onları yeniləyirik. Kraliça qətiyyən müsriflik etmir”.

Ayaqqabıların cütü min sterlinqə başa gəlsə də Kraliça köhnə ayaqqabılarını hələ də təmirə verir.


Tarix: 25.11.2014 / 10:54 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Melumatlar
loading...