Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Moda dünyasının ikonundan “dəbli” məsləhətlər

Bildiyimiz kimi, Koko Şanel (Coco Chanel) moda dünyasının ikonalarındandır.
Bütün həyatı və yaradıcılığı boyu qadınlar və onların gözəl görünmələri üçün yaşayıb yaradan insanın özünün qadınlara
bir neçə mühüm tövsiyələri olmuşdur ki, fikrimizcə hər bir qadın bunlara əməl etsə öz görünüşündə daha çox şeyə nail ola bilər:

1. "Dəbdəbə və təmtərağın özündə bir rahatlıq olmalıdı, əks halda bu lüks hesab oluna bilməz”. Chanel-in həm gündəlik, həm də gecə paltarları hərəkətə əngəl olmaması üçün rahat tikilmişdir. Alcaq dabanlı ayaqqabılar, pencəyin altından geyinməyə qolsuz köynəklər, uzun bağlı çantalar – bütün bunlar qadınların rahatlığını təmin etmək üçündür. Coco Chanel heç vaxt paltarları moda üçün yaratmamışdır, onun üçün müştərilərinin rahatlığı həmişə hər şeydən üstün olmuşdur.

2. "Şalvar qadınlara sərbəstlik verir”. Coco Chanel qadınların korset və uzun yubkaları geyinərək özlərinə əziyyət vərməyə üstünlük verdiyi bir dövrdə ilk qadın olub ki, qadın şalvarlarını dizayn edib və geyinib. Coco-nun cəsarəti bir çox tənqidlərə məruz qalsa da günbəgün şalvar geyinən qadınların sayı artmağa başlayırdı. Nə qədər qəribə görünsə də biz belə rahat hərəkətlər edə bildiyimizə və otura bildiyimizə görə Coco Chanelə minnətdar olmalıyıq. Coco gün ərzində qısa şalvarlarla bahalı klassik sviterlər geyinirdi. Ziyafətlər üçün isə Marlene Dietrich tərəfindən daha da məşhurlaşdırılan geniş şalvarlar yaratmışdı.

3. "Mükəmməl ətək (yubka) dizləri örtməlidi”. Coco xanım elə düşünürdü ki, qadın dizləri çirkindi, ona görə də, onları paltar altında gizlətmək lazımdı. Coco iş xanımları üçün bir neçə ətək dizayn etmişdi. Onlar düz, dar və təsəvvür ediləməyəcək dərəcədə eleqant görünüşə malik idilər.

4. "Balaca qara baltarlara pərəstiş edin”. Coco Chanel 1926 –ci ildə yeni dizayn etdiyi qısa qara donları ictimaiyyətə təqdim etdi və bununla da dünyadakı bütün qadınlara böyük hədiyyə etmiş oldu. O, həm ziyafətlərdə, həm gündəlik geyinilə bilən və müxtəlif aksessuarlarla öz görünüşünü dəyişən libas hazırlamaq istədi. Əgər Coconun bu dizaynina qədər qara rəng yas rəngi sayılırdısa, ondan sonra bur rəng klassika və dəbdəbəli görünüşün rəngi olmağa başladı. Coco qadinlara öz eleqant modelini teklif etdi və onlar bunu böyük məmnuniyyətlə qəbul etdilər.

5. "Mükəmməl kostyum pzündə həm qadın, həm də kişi əlamətlərini cəmləşdirməlidir.” 1920 –ci illərin əvvəllərində qısa saçlı oğlan görünüşü, oğlan silueti və gözlərdə azacıq parıltı çox məşhurlaşdı. Coco Chanel həm də sevgilisinin paltarlarını götürüb onları çox asanlıqla öz bədən quruluşuna uyğunlaşıdırırdı.


Tarix: 25.11.2014 / 10:54 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Maraqlı Melumatlar
loading...