ABŞ-da 2011-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin ekiz binalarına edilmiş təyyarə hücumlarından 10 il keçsə də, bu faciəvi olay ətrafında mübahisələr səngimək bilmir.
Hücumun araşdırılması ilə bağlı açıqlanan yeni hesabatlar "qaranlıq" qalan məqamlara aydınlıq gətirən kimi, yeni konspirasiya nəzəriyyələri də peyda olur.
Hazırda rəsmi təhqiqatların nəticələrini sual atına konspirologiya tərəfdarlarının 5 əsas nəzəriyyəsinə rast gəlmək olar.
1. Ticarət Mərkəzinə istiqamətlənən təyyarələrin uçuşuna niyə müdaxilə olunmayıb?
Sual: Qaçırılan təyyarələrin uçuşuna dünyada ən qüdrətli ABŞ aviasiyasının müdaxilə edə bilməməsi necə mümkün olub?
Konspiroloqlar: Amerikanın o zamankı vitse-prezidenti Dick Cheney (Dik Çeyni) uçuşa müdaxilə etməmək əmri verib.
Rəsmi araşdırmanın nəticələri: Pilot heyətinin qətlə yetirilməsi və təyyarələrin yerdən tanınmasını təmin edən cihazların söndürülməsini nəzərə almaqla, eyni zamanda bir neçə uçuşa müdaxilə fövqəladə vəziyyət təşkil edib.
Təyyarələrin qaçırılması havadan müdafiə sisteminin təlimlərinə təsadüf edib.
Amerikanın hava qüvvələri ilə daimi təmasda olan aviadispetçer Colin Scoggins hərbçilərin göstərdiyi "biganə yanaşmanın" əlamətlərini görməyib.
Hərçənd ki, qarışıq olaylarda hərbçilərlə Federal Aviasiya Nəqliyyatı Agentliyinin əlaqələndirilməsi o qədər də yaxşı olmayıb.
Köhnəlmiş avadanlıq soyuq müharibə ssenarisi üzrə okean tərəfindən yaxınlaşan hədəflərin müəyyən edilməsinə hesablanmışdı.
2. Dünya Ticarət Mərkəzi göydələnlərinin uçması
təyyarə hücumuSual: Cəmi bir-iki saat ərzində yanan əkiz göydələnlərin domino evciyi kimi qatlanaraq, qısa bir müddət ərzində çökməsinin səbəbi nədir?
Konspiroloqlar: Göydələnlər idarə olunan partlayış vasitəsilə məhv edilib. Bu izahat binaların sürətlə (təqribən 10 saniyə ərzində) qatlanıb çökməsinə və yanğının qısa müddətli olmasına əsaslanır. Konspirasiya nəzəriyyələrinin tərəfdarları binaların çökməsindən bir qədər əvvəl qüllələrdə partlayış səsinin eşidildiyi və yanğın baş verən mərtəbələrdən aşağı yerləşən pəncərələrdən alov püskürdüyünü bildirirlər.
Rəsmi araşdırmanın nəticələri: Standartlar və Texnologiya üzrə Milli İnstitutun apardığı araşdırmanın nəticələri göstərir ki, binaya çırpılan təyyarələrlə aparıcı dirəklər sınıb və ya zədələnib. Bundan əlavə binanın yanğın əleyhinə örtüyü sıradan çıxıb.
Təyyarələrdən sızan 38 min litr aviasiya yanacağı güclü yanğına səbəb olub. Bəzi mərtəbələrdə 1000 dərəcəyə çatan hərarət nəticəsində mərtəbəarası keçid və dirəklər partlayışa bənzər səslərlə müşaiyət olunaraq deformasiyaya məruz qalıb.
Araşdırmaya əsasən mərtəbələrin uçması bu yükün saxlanmasına tab gətirməyən dirəklərin sınmasına gətirib çıxarıb.
İdarə olunan partlayışlar alt mərtəbələrdən başladığı halda, Nyu York şəhərindəki binaların uçması üst qatdan başlayıb.
Hadisə yerindəki tədqiqat vaxtı qalıntılarda partlayıcı maddələr izləri və idarə olunan partlayışlara məxsus aparıcı dirəklərlə divarların kəsilməsinə dəlalət edən əlamətlər aşkar olunmayıb.
3. Pentaqona hücum
Sual: Boing -757-nin qaçırılması haqda ilk xəbərin yayılmasından 78 dəqiqə keçmiş qeyri-peşəkar pilotun mürəkkəb manevrlə sərnişin təyyarəsini dünyanın ən qüdrətli ordusunun qərargah-mənzilinə heç bir iz qoymayaraq çırpması necə mümkün olub?
Konspiroloqlar: Boing-757 Pentaqon binasına dəyməyib. Binaya ya kiçik, ola bilsin pilotsuz təyyarə, ya da ki raket zərbəsi endirilib. Hadisə yerində Boing qalıqlarının aşkar olunmasının təsdiqlənməsindən sonra konspiroloqların mövqeyi dəyişdi. Onlar pilotun məharətli hava manevrini şübhə altına alaraq şturval arxasında əl-Qayda yox, Pentaqon adamının olmasında təkid etməyə başlayıblar.
Rəsmi araşdırmanın nəticələri: Federal Təhqiqatlar Bürosu "Qara qutu" daxil olmaqla hadisə yerində tapılan təyyarə qalıqlarına malikdir.
Hərçənd ki, hücumu təsvir edən ilk kadrlarda təyyarə nəzərə çarpmır, sonradan peyda olan videolarda binaya çırpılan Boing-in qalıqları aydın görünür. Bundan əlavə təyyarənin hərəkət trayektoriyasına dəlalət edən sınmış işıq dirəkləri mövcuddur.
Təyyarə göyərtəsindəki heyətlə sərnişinlər DNT testləri vasitəsi ilə müəyyən edilib.
4. 93 United Airlines reysi - 4-cü təyyarə
11 sentyabr hadisəsiSual: Pensilvaniya ştatında təyyarənin qəzaya uğraması yerində qalıqlar nəzərə çarpmır?
Konspiroloqlar: 93 United Airlines təyyarəsinin raketlə vurulması nəticəsində qalıqlar böyük əraziyə səpələnib.
Rəsmi araşdırmanın nəticələri: Təyyarənin qalıqlarını təsvir edən çoxsaylı foto şəkillər mövcuddur. Təyyarəyə nəzarəti ələ keçirməyə çalışan sərnişinlərin onu qaçıranlara müqavimətini əks-etdirən audioyazı aşkar olunub.
Qalıqların bir-birindən aralıda səpələnməsini xəbər verən ilk məlumatların düzgün olmadığı təsdiqlənib. Kağız və yüngül çəkili başqa əşyaların hadisə yerindən küləklə ətrafa dağıdılması göstərilir.
Konspirasiya nəzəriyyələri məhkəmə-tibb ekspertizasını keçirən Wally Millerin düzgün iqtibas olunmamış rəyinə əsaslanır.
İddia edilir ki, hadisə yerinə gələn Miller 20 dəqiqə keçmiş orada cəsədlərin olmamasına görə, vəzifə borcunun yerinə yetirilməsinin imkansız olduğunu deyib. Əslində isə aviaqəzadan bəhs edən ekspert çox sayda dəfnlərin təşkilindən danışıb.
Bundan əlavə ABŞ Hava Qüvvələrinin komandanlığı tərəfindən təyyarələrin vurulması əmri verilməyib.
5. Dünya Ticarət Mərkəzinin 7 nömrəli binasının çökməsi
Sual: Nəzərə alınsa ki, dəmir karkasa malik binalar adi yanğın nəticəsində indiyədək uçmayıb, təyyarə ilə vurulmayan göydələnin belə qısa müddət ərzində simmetrik şəkildə qatlanıb uçmasına səbəb nə olub?
Konspiroloqlar: 7 nömrəli bina idarə olunan partlayışla uçurulub.
Əvvəlcədən konspiroloqlar göydələnin sahibinin sözlərinə istinad ediblər. Larry Silevrstein telekameralar qarşısında "pul it" (çəkin) deyib. Hərçənd ki, bu söz yanğınsöndürənlərin binadan çıxarılması ilə bağlı işlədilib. Bundan əlavə "pull it" partlayışlarda istifadə edilən termin deyil.
Burada xüsusi diqqət binanın sürətlə ( 2-2.5 saniyə ərzində) çökməsinə yetirilir ki, bu da yalnız partlayış nəticəsində baş verə bilərdi.
Rəsmi araşdırmanın nəticələrinə skeptik yanaşan bəzi alimlər hadisə yerində toplanan tozda yüksək temperaturda partlayan termit maddəsinin olduğunu bildirir.
Rəsmi araşdırmanın nəticələri: Standartlar və Texnologiya üzrə Milli İnstitutun 3 il ərzində apardığı araşdırma Dünya Ticarət Mərkəzinin Şimal korpusunun uçmasından sonra göydələnin orada başlayan yanğınlar nəticəsində çökdüyünü göstərib. 7 nömrəli binada yanğın 7 saat ərzində tüğyan edib.
Göydələnin yanğın əleyhinə sistemini su ilə təchiz edən borular Şimal korpusunun çökməsi ilə sıradan çıxıb.
Geologiya xidmətinin keçirdiyi təfsilatlı təhqiqat binada partlayıcı maddə izlərini aşkar etməyib və hadisəni təsvir edən videolar heç bir partlayış səsini əks etdirmir.
Tarix: 26.11.2014 / 11:03 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Maraqlı Melumatlar