Cosmopolitan yazıçısı, “Morning Joe” verilişinin müəlliflərindən biri Mika Brzezinski yaxşı başlanğıc üçün ilk gündən tutunacaq yeri tapmaq və diribaş olmağın sirrini açır.
Vəzifəcə böyük birisi ilə ilk dəfə qarşılaşanda…
Özünü təqdim etdikdə tələsmə. Özüm şahidi olmuşam ki, bəzi təzə işçilər çox sürətlə danışır və ya burnunun altında nə isə deyir. Bu onu göstərir ki, özünə inamı olmayan qorxaq siçansan.
Sadəcə göz əlaqəsi yarat, uyğun məqam seç və “Salam, mən filankəsov filankəs (ad və soyadmı tam de), “X”-işin sahibi və filan müdirin işçisiyəm. Sizinlə tanış olmağıma çox şadam”. İlk görüşdən rəqabətin ön pillələrdə yer alacağına şübhən qalmasın.
Müdirinlə eyni fikirdə olmadığın ilk an…
Müdirinin varib bir məsələnin həllində səhvə yol verdiyini gördükdə həm özün, həm onun xatirinə məsələyə qarışmalısan. Köməkçim Melanie bir dəfə övladımla bağlı bir məsələdə mənimlə razılaşmamaq risqini öhdəsinə götürdü, amma karyera sahibi bir ana kimi bunu yüksək qiymətləndirdim, çünki zənnində yanılmamışdı.
Onun bu hərəkəti mənim köməyimə gəlmişdi. Müdirlər nəyə görə məhz səni işə götürdüyünü özləri də çox yaxşı bilir, onlar sənin fikirlərinə və mövqeyinə hörmət göstərir, ona görə də səndən fərqli düşüncəyə sahib olsalar da, cəsarətinə hörmədə yanaşacaqlar. Hər zaman öz fikrini nümayiş etdirməyə can atsan, sözsüz ki, axırda uğur qazanacaqsan.
İlk iş günü…
Özünü əsl mütəxəssis kimi apar. Dik dayan, belini heç vaxt əynı; gözlərini geniş aç, ayıq-sayıq olmağa səy göstər. Əl sıxma zəif olmaması üçün bunu tez-tez etməli olacaqsan. İş yoldaşlarınla ilk dəfə salamlaşarkən, onlara qürurlu gözlərlə bax.
Əvvəldən özünü bütün günü işləyəcəyinə. hazırlaşdır, tez gəl, gec çıx və özünü elə göstər, sanki bütün həyatın boyu məhz burada işləməyi arzulamısan. Yəni kənardan işinin vurğunu olduğun təəssüratı yaratmağa çalış. Bütün bu işləri hər görməlisən, amma onların qarşısına çıxdığı gün yataqda sağ ayağınla qalxmağı əsla unutmasan yaxşıdır.
İlk dəfə əlin yananda…
Heç olmasa, sən səhv edəndə, yanlış bir addım atmış olanda mənim kimi canlı kamera qarşısında olmursan. Bir dəfə, təzə-təzə aparıcı olduğum vaxtlarda canlı yayımda kamera qarşısında “Bu da bizim ləçəyimiz” əvəzinə, “Bu da bizim ləçərimiz” demişdim. Nə etmək olar, belə şeylər baş verə bilər.
Odur ki, özünü ələ al, üzrxahlıq et və gələn dəfə daha ehtiyati , olacağına dair söz verməyə başla. Heç vaxt, bax, təkrar edirəm, heç vaxt yalan demə və günahı özündən başqasında axtarma. Öz səhvlərini boynuna almağı öyrənsən, daha çox qazanarsan.
Tarix: 28.12.2012 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 715 Bölmə: Maraqlı Melumatlar