Osmanlı dövründə döyüşə gedilərkən, ölkədə nə qədər dəli ya da görünüş baxımından əli-ayağı əyri, qulyabani tipli insan varsa hamısı toplanar və ordunun ən ön sırasında düzülərmiş.Məqsəd, düşmənin psixologiyasına mənfi təsir etməkmiş.
Bir sonrakı sırada isə, «daltarrak» deyilən adamlar düzülərmiş. Bunlar isə, saraya kiçik yaşda alınan qeyri-müsəlam uşaqlar imiş. Kiçikliklərindən etibarən yalnız düyü və xəmir xörəkləriylə bəslənib qüvvətli olmaları təmin edilərmiş. Digər tərəfdən də, hər gün yağlı əlləri ilə mərmər dirəyi şillələyib idman edərlərmiş. Beləliklə əlləri möhkəmləşəib beton kimi olarmış.
Orduya qəbul olunmaq üçün belə bir qayda var imiş: Mərməri şillələyərək sındıra bilməyəni orduya götürməzlərmiş.
Bu «daltarrak»lar döyüşdə əliyalın, düşmən əsgərlərini tək şillə ilə məğlub edərlərmiş.
Tarix: 26.11.2014 / 11:57 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqlı Melumatlar