Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ savaşında qeyrətli Qaqauz Türkləri

1990-cı il… Dağlıq Qarabağ döyüşünün Ağdam Cəbhəsində Azərbaycan Könüllülər Bölməsinin başçısı Qatır Məmməd ilə birlikdəydik. Ermənilər, Qırmızı Ordu generallarına rüşvət vermişdilər. Bu üzdən bölgədəki Ru...s tank birliyi, bizim olduğumuz bölgəni cəhənnəmə çevirirdi. Birdən, aralarından iki tank ayrılaraq üzərimizə doğru gəlməyə başladı. Gələcək illərdə şəhidlik mərtəbəsinə yüksələn Məmməd ilə göz-gözə gəldik. Aydın idi ki, tanklardan qurtuluşumuz yox idi! Lakin iki tank tam olduğumuz yerə gəldiklərində birdən lülələrini qarşı tərəfə (ermənilər tərəfə) çevirib atəşə başlayınca çaşdıq. Elə o anda, tankların telsiz antenalarına taxılmış, mavi zəmin üzərinə Bozqurd işarəsi olan Qaqauz bayrağını gördük. Daha sonra tankdan enib yanımıza gələn Qaqauz leytenantın bu sözləri mənim gözümdə "özəl tarixdir": “Bu Ruslara bax! Pulu alıblar, bizə Türk qardaşlarımıza atəş açmaq əmri verdilər. Biz də üsyan edib bura gəldik. İndi vəziyyətlər bərabərdir, narahat olmayın!” Qaqauz Türkləri xristiyan olsalar da qan qardaşımızdır. (Bu sətirlərə 1989-1994-cü illərdə Dağlıq Qarabağda müxbir olan Türkiyəli jurnalist Ardan Zentürkün savaş xatirələrində rast gələ bilərsiniz.)


Tarix: 26.11.2014 / 11:49 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Melumatlar
loading...