Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxu və heyrətlən

*V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir.

*N.Kopernik öz traktatını yaratmağa otuz ildən çox vaxt sərf etmişdir.

*İ.Nyuton öz ideyalarını bəşəriyyətə bildirməyə qərara alana qədər onların haqqında 20 il ətraflı düşünmüşdür.

*Firdovsi özünün «Şahnamə» əsərinə 30 il sərf etmişdir.

*Ç.Darvin özü haqqında belə demişdir: «Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram.

*Höte «Faust» əsərini 7 ilə yazmışdır.

*Sirri Səkkati Həzrətləri ətrafına yığışanlara səbr haqqında bəhs edərkən bir əqrəb onu bir neçə dəfə çaldı. O, isə buna heç bir əhəmiyyət vermədi. Ondan bunun səbəbini soruşduqda o, belə cavab verdi: «Səbrdən bəhs etdiyim bır halda səbr etməməkdən qorxdum.»

*XII əsrdə ispanlar Piriney yarımadasını ərəblərdən azad etmək üçün mübarizə apararaq, qalib gəldilər. Kordova şəhərinin başçısı ərəb Əh Mənsur son nəfəsədək vuruşmağı qərara alır. Lakin məğlub olur. O, islam dinindən dönür və xristian dinini qəbul edir. İspan kralı onu hörmətlə qarşılayır və hərbi rütbə verir. Bir neçə gün sonra Əli Mənsur xəstələnir. Sonra məlum olur ki, Əli Mənsur özünü taun xəstəliyi ilə yoluxdurur və bu yolla ispanlardan intiqam almışdır.

*Key Xosrov (e.ə 558-529) Babilistana yürüşü zamanı Hind çayını keçmək istərkən sel onun sevimli atlarından birini aparır. Bundan bərk qəzəblənən şah əmr verir - çayı o qədər dayaz eləsinlər ki, hətta qadınlar belə ondan çirmələnməmiş keçə bilsinlər. Beləliklə, qullar bütün yay ərzində qazıb çayı 360 kanala bölürlər.

*«Batil din və ideologiyaları niyə görə dərindən öyrənməyə ehtiyac yoxdur» - deyə türk yazıçısı Mehmed Salahdan soruşduqda, o, belə cavab vermişdi: «Bir yeməyin xarab olmasına əmin olmaq üçün onu sona qədər yeməyə ehtiyac yoxdur.»

*«Dünya öküzlə balığın üzərindədir» hədis-şərifinin hansı mənada söyləndiyi bilməyən bir adam Osman Dəmirçiyə: «Hocam, dünyanın altında öküz var deyirlər, bu barədə nə söylərsiniz?» Osman Dəmirçi Hoca: «Dünyanın altındakılarını bilmirəm qardaşım, ancaq üzərində çox sayda olması dəqiqdir.» - söyləmişdir.

*Yəhudilər haqqında nə düşünürsünüz?»- sualını Fazil Kısakürəkə verdikdə: «Onlar yumurtalarını bişirmək üçün dünyanı atəşə verən lənətlilərdir» - cavabını vermişdir.

*Cəvahirlər Nehru arzuolunmaz ideyalar və xoşagəlməz xahişlərdən xüsusi metodun köməyilə canım qurtardı. Hamını çaş-baş salan bu effektli üsul susmaqdan ibarət idi. Siz ondan nəsə xahiş edirsiniz... O etirazını bildirmir. Sadəcə olaraq xahişinizi təkrar edir və ümidsizlik içində yalnız öz səsinizi eşidirsiniz. Yenə ortaya sükut çökürdü. Siz artıq ondan heç olmasa rədd cavabı eşitmək istəyirdiniz. Və nəhayət bunu eşidəndə rahat nəfəs alır və öz minnətdarlığımızı bildirib, getməyə tələsirsiniz».

*«Risalen Nur» kitabının müəllifi olan Badiuzzaman Səid Nursi yeniyetməlik çağında gündə 200 səhifə oxumaqla 90 kitab oxumuş və qeyri-adi hafizəsi hesabına onların hər birini əzbərdən bilmişdir.

*1995-ci ildə Verma şəhərində bir qrup tədqiqatçı, başda doktor Əbdül Qədir Əl-Murabit olmaqla Hötenin çox saylı əsərlərini öyrəndikdən sonra, tam əminliklə Hötenin müsəlman olduğu barədə fitva vermişlər.

*Hötenin İslam haqqında dediklərindən nümunələr: «Vahid Allaha inam hər an əhval-ruhiyyəni qaldırır, ona görə ki, o, insanın daxili aləminə qulluq edir.» «Allahın 99 xüsusiyyətini əks etdirən adlarını zikr etmək üçün müsəlman təsbehindən istifadə etmək öz-özlüyündə elə ibadətdir. Dua eyləyən onun iradəsinə tabe olaraq heyrətə gəlir və rahatlıq tapır.»
«Beləliklə, biz İslamda qalmalıyıq (yəni Allaha tamamilə tabe olmalıyıq) buna daha heç nə əlavə edə bilmərəm.»
«O, şair deyil, Peyğəmbərdir və Məhəmməd bizə İlahi qanunu Quranı çatdırdı, insan tərəfindən əyləncə və ya ümumi təhsilin artırılması üçün yazılan kitabı yox.»
«İsa pakdır və o, yalnız Allaha tək olana tabe idi.»
Sənətkar barədə Üzeyir bəy fikrini aydın ifadə edərək, demişdir: «Gərək şəkil elə çəkilsin ki, daha onun altında «bu atdır» sözünü yazmağa ehtiyac qalmasın.»

A.H.Kvik Amerikanın «rəsmi tarixini» kökündən sarsıdan bu tapıntıların cərgəsində Piri-Rəisin (1465-1554) «Kitabi-bəhriyyə» əsərində verilmiş xəritəni də xatırladır. 1513-cü ildə Piri-Rəis adlı müsəlman səyyah tərəfindən çəkilmiş dünya xəritəsi öz mükəmməlliyi ilə insanı heyrətə gətirir. Bu xəritə həmin dövrdə dənizçilik sahəsində müsəlmanların necə böyük nailiyyətlər əldə etdiyini əyani göstərən sənəddir. Hətta bu xəritədə avropalılar tərəfindən 14 ildən sonra (1527) kəşf ediləcək And dağları da qeyd olunmuşdu.

*Avropadan Hindistana dəniz yolunun açılması Vasko da Qamanın adı ilə bağlı olsa da qeyd etmək lazımdır ki, onun «San Qabriel» gəmisini Hindistan sahillərinə o dövrə görə Hind okeanının dəqiq xəritəsinə malik olan məşhur ərəb səyyahı Əhməd ibn Məcid aparıb çıxarmışdır.

*Birisini tutub Harun-əl-Rəşidin yanına gətirmiş və demişlər: «Bu kişi kafir olmuşdur!» Xəlifə bu sözün doğru olub-olmadığını soruşduqda, həmin adam: «Müsəlman!» - demişdir. Harun-əl-Rəşid: «Aparın onu o qədər döyün ki, kafirliyini boynuna alsın!» – deyə əmr verdikdə kişi: «Ya xəlifə. Bir kafir gəlib, «müsəlman oldum» desə ona xələt verərsiniz, amma müsəlmanı döyə-döyə kafir etmək istəyirsiniz!» - demişdir.

*Qafqaz qartalı Şeyx Şamil ruslar tərəfindən əsir alındıqdan sonra rus çarı böyük ziyafət verir. Günlərlə ac qalan Şeyx Şamil yeməkləri böyük iştaha ilə yeyərkən rus çarı yanındakılara: «Qorxuram bu adam bizi də yeyər» deyir. Şeyx Şamil bu sözləri duyur və çara dönərək: «Narahat olmayın, bizim dinimizdə donuz əti yemək qadağandır» - deyir.

*Qədim İran şahlarından Ənuşirəvana (531-579) deyəndə ki: Gözün aydın, filan düşmənin öldü!» - Ənuşirəvan bu sözə: «Bu gözüm aydın», sən ölməyəcəksən xəbəri deyildir? - cavabını verilmişdir.

*Deyirlər ki, orta əsr Suriya təbiblərindən olan Əbdulfərəc öz xəstəsi ilə belə bir söhbət etmişdir: «Bax bu otaqda 3 şəxs var - sən, mən, bir də xəstəlik. Əgər biz səninlə birləşsək, sən mənim tərəfimdə dursan, xəstəliyi məğlub edəcəyik. Buna mənim şübhəm yoxdur. Ancaq sən xəstəliyin tərəfinə keçsən, onda mənim vəziyyətim çətin olar!»

*Kserks özünün belə bir hərəkəti ilə məşhurdur: böyük donanması ilə fırtınaya düşdüyündən döyüşçülərinə əmr edir ki, dənizi qılıncla doğrasınlar.

*Mevlana Həzrətləri müridlərindən biriylə gedərkən, bir neçə köpəyin bir-birinə söykənmiş şəkildə yatdıqlarını görür. Müridi: «Gözəl bir qardaşlıq nümunəsidir. Kaş ki, insanlar da belə olaydı» - deyir. Mevlana gülümsəyərək: «Onların arasına bir sümük atsan, onda qardaşlıqlarının nehri görərsən» - deyir.

*Müsəlman dünyasının məşhur həkimi Abu-bəkr Məhəmməd bən Zəkərriyə Razi (865-925) xəlifənin qəzəbinə düçar olmuşdur. Xəlifə qamçı ilə onun başına vuraraq kar etmişdir.
Müsəlman hüquq məktəbinin banilərindən biri, mənşəcə türk olan Əbu Hənifə ibn Sabit Kufədə oğurlanmış qoyunların ətinin satıldığını eşidəndən sonra 7 il ərzində ət yeməmişdi, qorxmuşdu ki, ət yeyib günah işləmiş olar.
Müharibənin birində səhabələrdən biri olan İbni-Əbbas belə nəql etmişdir: «Döyüşün qızğın halında Həzrəti-Əli bəzən göyə baxır, döyüşür və yenə də göyə baxırdı. Qarşısına keçib «nə üçün göyə baxırsan» - deyə soruşdum - Namazı vaxtında qılmaq istəyirəm - Amma Siz indi döyüş halındasınız! - Namazın əvvəl vaxtını itirməmək lazımdır!»

*Məşhur ərəb şairi, Qahirə universitetinin professoru Şeyx Məhəmməd Əbdül İbrahim 150 yaşında vəfat etmişdir. Yunan, türk və fars dilləri bilən bu yüksək mədəniyyətli adam heç bir vaxt nəqliyyatdan istifadə etməmişdi. Vaxtaşırı vətəni Liviyanı ziyarət edən professor 1000 km piyada yol gedirmiş.

*Məclisdə möcüzə deməklə məşğul olan O.Dəmirçi Hocaya: «'Hocam, at nalını evimizin qapısına vursaq, uğur gətirərmi?» - deyə soruşduqda, Dəmirçi Hoca: «Zənn etmirəm, o nallardan hər atda dörd dənə var, amma bütün günü qamçı yeyirlər» - deyə cavab vermişdir.

*Rabiatül Adəviyyə bir adamın yanından keçərkən, qızardılmış bir qoyun görür. Ona uzun müddət baxır və ağlayır. Adam belə sözlər söylədi: «Yemək istədiyinizdənmi ağladınız? - Xeyr! Onun üçün deyil! Atəşə heyvanlar ancaq öldürüldükdən sonra atılır. İnsanlar isə diri-diri...»

*Harun-əl Rəşid Bəhlulu çağırıb demişdir: «Xəlifə olmaq istəyirsənmi? - Yox» – deyə Bəhlul cavab verir. «Nə üçün? - Çünki mən ömrümdə 3 xəlifə basdırmışam. Sən isə ömründə 2-ci Bəhlulu görməmisən.»

*Şair Şeyx Məhəmməd ömrünün çox hissəsini subay keçirmiş, 105 yaşında evlənmiş və 5 uşaq atası olmuşdur.


Tarix: 25.11.2014 / 18:14 Müəllif: Aziza Baxılıb: 242 Bölmə: Maraqlı Melumatlar
loading...