Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təhlükəli Asılılıq

Şəbnəm Fuadla tanış olanda ilk və son məhəbbətini tapdığına inanmışdı. O vaxtlar isə bu əlaqənın onun həyatını nə dərəcədə dəyişəcəyindən hələ xəbərsız idi.

Aydan Xəndan

İlk məhəbbətin necə bir hiss olduğunu açıqlamağa, məncə, ehtıyac yoxdur. Hərəmiz bu hissi fərqli şəkildə yaşayırıq, ancaq hamımızın da aşiq olanda qəbul etdiyi tək şey odur ki, sevdiyin şəxsin sənə nəfəs qədər vacib olmasıdır. Mən də Fuadla tanış olanda təcrübəsiz, saf bir qız idim O vaxtlar cəmi 18 yaşım var idi. Həyat mənə sonsuz bir macara. bitib-tükənməyən nağıllar aləmi kimi görünürdu. Klassik ədəbiyyata marağım. bir qədər romantik ruhlu daxili aləmim ətrafda baş verənləri çəhrayı eynək arxasından görməyimə səbəb olmuşdu.
İlk tanışlıq

Fuad rəfiqəmlə bir həyətdə yaşayırdı. Hammı onun qəribə biri olduğunu düşünürdü. Mən isə onu ilk dəfə gördüyüm andan özümə doğma 1 hesab etməyə başlamışdım. Bılmırəm nəyə görə o məndə belə bir hiss oyatmışdır, ancaq bu oğlanla tanış olmaq, onun həyatının bir parçası olmağı arzulayırdım.

Günlərin bir günü gec vaxt evə qayıdırdım ki, birdən onu gördüm. O mənə sarı irəliləyirdi. Bu vaxt hara getdiyimi soruşub, evə qədər yola salmağı təklif etdi.

Bir yerdə sakitcə yan-yana adımlamağa başladıq. Yolboyu ümumi tanışlarımızdan, dərslərdən, ordan-burdan danışırdıq. Səhərisi isə o artıq mənə zəng etdi.
ilk şübhələr

Onunla bir yerdə keçirdiyim hər gün adı günlərdən fərqliydi. Onun hər bir sözü, hər bir hərəkəti mənə qeyri-adi görünürdu. Fuad hamının düşündüyü kimi, doğmdan da qeyri-adi birisiydi. Gözlənilməz addımlar atmağı sevir, heç nədən və heç kimdən çəkinmirdi. Başlanğıcda bu xasiyyətim məni ona tərəf daha da çəksə, getdikcə qorxmağa başlayırdım. Bəzən elə günlər olurdu ki onun nə ilə məşğul olduğunu, harada itdiyini heç kim bilmirdi.

Sonra yenə də anidən peyda olub, heç nə olmamış kım mənim yanıma gəlirdi. Mən də ağızım-dilim bağlıymış kimi, heç bir sorğu-sualsız onu yenidən qəbul edirdim. Nələrin baş verdiyini öyrənmək istəyirdim, ancaq gerçəklərin heç də ürəkaçan olmayacağından qorxur və dinmirdim. Fuadın özünü şübhəli aparması məni çox narahat edirdi. Onun başına gələcək bəlalardan qorxurdum.
İlk sınaq

Yenə adəti üzrə itdiyi günlərdən biriydi. Telefonum zəng çaldı, zəng vuran Fuad idi. Səsi çox qəribə gəlirdi. Mənə ehtiyacı olduğunu söyləyirdi. Dostlarından birinin evindəydi. Ünvanı öyrənib,y anına tələsdim. Qapını açanda ona nə olduğunu əvvəl başa düşmədim. Gözləri qıpqırmızı, əlləri əsir, dili dolaşırdı. Onu sakidəşdirməyə çalışırdım, ancaq özünün dediyinə görə, ona sadəcə dostu Zamiq kömək edə bilərdi. Zamiq gəldi və onlar qapını bağlayıb, otaqda ikisi qaldı.

Zamiq çıxıb-gedəndən sonra Fuadın əhvalı dəyişdi, o sanki rahatlandı və məndən üstümdə nə qədər pul olduğunu soruşdu. Sevdiyim şəxsə nəinki pullarımı, canımı verməyə hazır idim. Əlimdə olan bütün pulları ona verdim. Həmin gündən, Fuad vaxtaşırı məndən pul istəməyə başladı. Pulların nəyə xərcləndiyini başa düşmüşdüm. Fuad narkomaniyadan əziyyət çəkirdi…
Mən hara, sən də ora

Məni nə qədər incitsə də, həyatımı çətinliklərlə doldursa da, onu yenə də sevirdim. Hansı dərdə düçar olduğunu biləndən sonra isə ona acıyır, qorumağa çalışırdım. O isə mənə ehtiyac duyur, yanımda olmağımı istəyirdi. Bir gün Zamiq istifadə etdikləri dərmanların dadına baxmağı məndən xahiş etdi.

Bundan sonra özümü daha yaxşı, rahatlamış hiss edəcəkdim. Mən də Fuada tərəf baxıb, onun nə deyəcəyini gözləyirdim. O isə cavabında əlindəki həbləri mənə uzatdı.

İlk dəfədən narkomana çevrilməyəcəyimi düşünürdüm. Ancaq bu ilk dəfədən sonra, belə təcrübələrimin sayı daha da artdı. Getdikcə Fuad kimi olurdum. Heç kim və heç nə gözümdə deyildi. Bu, aylarla davam etdi. Nəhayət, bir gün evdə artıq satacaq bir şeyin olmadığını anladıqda, pərişan halda rəfiqəmə pul üçün üz tutdum.
Ümid yeri

Zərifə mənə pul vermədi, ancaq qapısından da geri çevirmədi. O, açıq söhbətə ehtiyacımızın olduğunu söylədi. Dediklərini qəbul etmək istəmir, hər şeyi inkar edirdim. Mən narkoman deyildim, ola bilməzdim, bu, sadəcə, keçici bir pis vərdişdən əziyyət çəkməyim idi. Ancaq dediklərimə inanmağımı özüm də çox istəyirdim, çünki nə qədər çalışsam da, bu ikiqat asılılıqdan qurtula bilmirdim.

Həm Fuaddan, həm də narkotiklərdən asılı vəziyyətə düşmüşdüm. Məni xilas etmək istəyən yaxınlarım az olmasa da, əsas o idi ki, öz iradə gücümə sığına bilim.

Nəhayət, bir gün lap çıxılmaz vəziyyətlərin birində dispanserə müraciət etdim və o gündən müalicəyə başladım. Son vaxtlar həyatımın ən ağır günlərini yaşayıram, çünki Fuad artıq həyatda yoxdur, mən isə həyatda qalmağa və hər şeyi yenidən başlamağa çalışıram. Çətin olsa da, iradəmin bu mübarizədə qalib çıxacağına ümid bəsləyirəm.


Tarix: 28.12.2012 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 892 Bölmə: Maraqlı Melumatlar
loading...