Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asqırma və Sağlam Ol

Gündəlik həyatda demək olar ki, hər gün rastlaşdığımız bu prosesin səbəbini bilmək yəqinki çoxlarına maraqlıdır. Bu gün iki sualın cavabını aydınlaşdırmağa çalışacağıq.
1. Asqırmaya səbəb olan amillər.
Asqırma burunun selikli qişasının qıcıqlanması nəticəsində baş verir. Qıcıqlanmaya isə bir çox amillər səbəb ola bilər. Əsasən insan soyuqlayanda selikli qişanin şişməsi, buruna hər hansı bir yad cismin düşməsi, günəş şüasının gözümüzə düşərək sinirləri qıcıqlandırmasıyla və allergiya zamanı asqırma halları daha tez-tez baş verir.

2. Nə üçün sağlam ol deyirik?
Bu sualın tarixi qədim dövrlərə dayanır. Qədim Misir, Roma və Yunanıstanda asqıran zaman üzünü sağa tutursansa xeyir sola tutursansa uğursuzluğun əlaməti sayılırdı.
Qədim Babilistanda isə asqıran zaman insan bədəninə daxil olmaq istəyən şər qüvvələrin qarşısının alındığı düşünülürdü və insan asqırandan dərhal sonra ona sağlam ol deyilirdi.


Tarix: 13.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Maraqlı Məlumatlar
loading...