Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəyi çöldə olan 3 yaşlı uşaq

Ürəyi bədəninin xaricində doğulan ilk körpə sağ qalmağı bacarıb. ABŞ-da yaşayan Ryan Marquiss belə xəstəliklə doğularaq həyatda qalmağı bacaran ilk insan olaraq rekorda sahib çıxıb. Çünki bu günədək ürəyi çöldə doğulan uşaqlar ən çoxu 3 gün yaşayıb.

Pensilvaniya ştatında doğulan körpə üçün həkimlər eyni aqibəti proqnozlaşdırıb. Həkimlər hələ ana bətnində olarkən anasına hamiləliyi dayandırmağı təklif etsələr də, valideynlər bu təklifi rədd edib.

Doğulandan sonra bir necə əməliyyat keçirən Ryanın ürəyini döş qəfəsinə salmaq mümkün olub. Hazırda 3 yaşında olan körpəni həm həkimlər, həm də valideynləri tibbin möcüzəsi adlandırır.


Tarix: 09.01.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 11 Bölmə: Maraqlı Məlumatlar
loading...