ABŞ-ın Vircinya ştatında ki, eyni adlı unuversitetdə aparılan tədqiqatlar göstərmişdir ki, insan orqanizmində qocalığın ilkin əlamətləri özünü ilk öncə beyində göstərir. Belə ki, 30 yaşdan sonra insanda unutqanlıq, yaddaş zəifliyi kimi hallar özünü göstərir. Həmçinin araşdırmalar göstərmişdir ki, insan beyninin ən yaxşı inkişaf dövrü 22 yaşında olur.
Vircinya Universitetinin əməkdaşlarının 18-60 yaş arası 2000 nəfər üzərində apardığı bu araşdırmada əsasən yaxşı təhsilli və sağlam qadın və kişilər iştirak etmişlər. Araşdırmalarda müxtəlif ağıl oyunlarından və vizual tapmacalardan istifadə olunmuşdur. Müsabiqənin qalibləri arasında üstünlüyü əsasən 22 yaş qrupunun əldə etdiyi müəyyən olunmuşdur. İkinciliyi 27 yaş qrupu əldə etdiyi halda 30 və ondan yuxarı yaş qruplarında isə cüzi nailiyyətlər əldə olunmuşdur.
Araşdırmanın rəhbəri professor Timothy Salthouse bildirmişdir ki, 30 yaşdan yuxari insanlarda yaddaş zəifliyinə səbəb insanlarda yaşlanma zamanı beyin hüceyrələrinin ölümünə səbəb olan Aletsheymer xəstəliyinin olmasıdır.
Tarix: 13.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Məlumatlar