Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın sükan arxasında doğdu

29 yaşlı amerikalı Amanda Makbrayd işdə olarkən doğuş sancıları başlayıb.

Lent.az-ın “The Bemidji Pioneer”ə istinadən verdiyi məlumata görə, qadın sükan arxasına oturaraq həyat yoldaşı Cozefin yanına gedib.

Cozef tibbi qadağa səbəbindən maşın sürə bilmədiyindən, Amanda yenidən sükan arxasına əyləşib və onlar xəstəxanaya bir yerdə gediblər.

Amma yolda sancılar şiddətlənib və qadın elə sükan arxasındaca doğub. Qadın uşağı dünyaya gətirdiyi zaman onun həyat yoldaşı sükanı tutaraq maşını idarə edirmiş. Amanda isə artıq dünyaya gələn körpəni əlində tutaraq maşındakı qızdırıcını yandırıb. Xoşbəxtlikdən doğuş xəstəxana yaxınlığında baş verib.

Sükan arxasında dünyaya gələn körpəni Cozef Dominik adlandırıblar. Ana və uşaq özlərini yaxşı hiss edirlər.


Tarix: 13.01.2015 / 13:17 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar
loading...