Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğum tarixiniz xarakterinizin göstəricisidir

Astroloqların apardığı araşdırmalara görə doğum tarixinin xarakteri müəyyən etməkdə böyük rolu olduğunu müəyyən edərək aşağıdakı kimi göstərmişlər.
• 1-10 yanvarda doğulanlar – dava-dalaşdan xoşlanmayan, sevdiyi insanları düşünən, səbirli və əməksevər. Uğursuzluğa dözə bilməyən, başqasının payında gözü olmayan.
• 11-19 yanvarda doğulanlar – Son dərəcə məntiqli, bacarıqlı, sözübütöv, təhsilə önəm verən, güclü yaddaşa və güclü analitik qabiliyyətə malik olurlar.
• 20-29 yanvarda doğulanlar – açıq danışan, dostcanlı, lazım olan zaman duyğularını arxa planda tutub məntiqi ilə hərəkət edən, yüksək qavrama qabiliyyətinə malik, çətinliyə düşən zaman ağılla çıxış yolu tapa bilən
• 30 yanvar-8 fevralda doğulanlar – sürətli düşünə bilən, təbiilikdən xoşlanan, xarici dil öyrənmə qabilliyəti yüksək olan, düşdüyü mühütə tez uyğunlaşan, mübahisəni sevən və inandırma qabiliyyəti yüksək
• 9-18 fevralda doğulanlar – sərbəstliyi sevən, zövqlə geyinməyə əyləncəyə meyilli, cazibədarlığı ilə əks cinsi cəlb edə bilən
• 1-29 fevralda doğulanlar – Güclü təxəyyülə malik, dostcanlı, kömək etməyi sevən, olduqca romantik və həssas
• 1–10 martda doğulanlar – mühafizəkar bəzən dəyişkən xarakterli, olduqca təvazökar, ailəsinə bağlı, pislik etməyi bacarmayan özünə edildikdə isə çox təsirlənən, güclü hissiyata malik
• 11-20 martda doğulanlar – hər işdə müvəffəqiyyət əldə edə bilən, bəzən fitri istedada malik olan, başqalarına təsir edə bilən, güclü enerjiyə malik, sirr saxlaya bilən
• 21–31 martda doğulanlar – həyatda hədəfini bilən, inadkar, əmir almağı xoşlamayan,
• 1–10 apreldə doğulanlar – rəngli, həyatsevər bir xarakterə malik, aktyorluq və idarəetmə qabiliyyəti güclü
• 10-20 apreldə doğulanlar – yeniliklər axtaran, pul xərcləməyə meyilli,açıq fikirli, comərd və özünə inamlı
• 20–30 apreldə doğulanlar – Gözəllik aşiqi, dəbdəbəli həyatı sevən, maddi və mənəvi dəyərlərə önəm verən, həssas və dostcanlı, ətrafı tərəfindən sevilən
• 1-10 mayda doğulanlar – zehini qabiliyyətləri güclü, ağıllı, güclü natiqlik və yazı qabiliyytinə malik, nitqi ilə qarşısındakını ələ ala bilən
• 11-20 mayda doğulanlar – sadiq, inanıla bilən, qarşısındakına və dostluğa dəyər verən, sadiqliyin qədrin bilən
• 2 –31 mayda doğulanlar – oduqca məntiqli, daim öyrənməyə çalışan, ağlını və məntiqini idarə edə bilən, yeniliklərdən xoşlanan
• 1–10 iyunda doğulanlar – rahatlığını düşünən, hər şeyi bəyənməyən, keyfiyyətə önəm verən, qarşısındakının nəbzini tez tuta bilən
• 11–21 iyunda doğulanlar – müasir və obyektiv düşünən, qüvvətli iradəyə malik, fikirləri daim müsbət qarşılanan
• 22 -30 iyunda doğulanlar – daim təhlükəsiz yaşamaq istəyən, sevdiklərinə önəm verən, təhlükə hiss etdikdə aqressivləşən
• 1-11 iyulda doğulanlar – yoxlamadan inanmayan, hissiyatı güclü, güclü olmağı xoşlayan
• 12-22 iyulda doğulanlar – güclü aktyorluq qabiliyyəti, incəsənətə meyilli, şəfqət duyğusu yüksək, idealist, yüksək təxəyyülə malik, sevgidə sadiq
• 23 iyul–1 avqustda doğulanlar – özündən əmin, liderlik gücünə malik, təşkilatçılıq qabiliyyəti, açıq sözlü, sadiq
• 2-12 avqustda doğulanlar – xoşsöhbət, vicdanlı, qürurlu, gəzintini xoşlayan, sadiq dost, kiminsə əlini altında işləməyi sevməyən, sərbəstliyi sevən
• 13-22 avqustda doğulanlar – döyüşkən, enerjili, istədiyini əldə edə bilən, cəsur, haqsızlığa dözməyən, gözləməyi xoşlamayan
• 23 avqust–1 sentyabrda doğulanlar – ünsiyyətcil, məntiqli, cahil insanlardan uzaq olan, aristokrat yerləri xoşlayan, dəqiqliyi sevən
• 2–12 sentyabrda doğulanlar – ciddi qərarlar verə bilən, işlərini ağıl və məntiqlə aparan, nizam-intizamı və yaşından böyük görünməyi sevən
• 13-22 sentyabrda doğulanlar – yerində danışmağı sevən, iradəli, problemdən uzaq olmağa çalışan, tərəfsiz düşünən
• 23 sentyabr-2 oktyabrda doğulanlar – lüks, dəbdəbə, gözəllik aludəsi, zövqləri uğrunda pul xərcləməkdən çəkinməyən, səyahət etməyi xoşlayan
• 3-13 oktyabrda doğulanlar – başqaları tərəfində maraqlı qəbul edilən, sərbəst, qanunlaralı yaşamağı sevməyən, qərarlarını özü veməyi xoşlayan
• 14-13 oktyabrda doğulanlar – ağlı ilə problemlərin öhdəsindən gələ bilən, həddən artıq duyğulu, ətraflı ilə yaxşı yola gedən
• 24 oktyabr -1 noyabrda doğulanlar – düzgün və kəskin danışan, yenilikləri xoşlayan, intizamlı, sirrlərini paylaşmağı sevməyən,
• 2–11 noyabrda doğulanlar – həddən artıq duyğulu və romantik, sevgisi üçün hər cür çətinliyə dözən, dostluqda sadiq, kömək etməyi sevən
• 12-22 noyabrda doğulanlar – haqsızlıqlara dözməyən, düzgünlüyü sevən, hissiyatı güclü, şanslı, ailəsinə bağlı
• 23 noyabr–1 dekabrda doğulanlar - əxlaqa və təhsilə son dərəcə önəm verən, böyüklük etməyi yol göstərməyi xoşlayan,
• 2-11 dekabrda doğulanlar – cəsur, çətin inanan, heç kimin özü ilə hərəkət etməyən, aktiv, səbirsiz
• 12-21 dekabrda doğulanlar – duyğularını idarə etməyi bacaran, səhv etməyi xoşlamayan, qürurlu
• 22-31 dekabrda doğulanlar- məsuliyyətli, intizamlı, sadiq, bəzən bədbin olurlar


Tarix: 13.01.2015 / 13:42 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Maraqlı Məlumatlar
loading...