Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saatlı məscidi

Saatlı məscidi Şuşa şəhərində 1883-cü ildə «Saatlı» məhəlləsində tikilmişdir. Tikildiyi məəllənin adı ilə məşhurlaşan «Saatlı» məscidi öz хarici görünüşü ilə memarın əvvəlki binalarından tamamilə fərqlənir. Lakin bununla yanaşı «Saatlı» məscidinin bəzi konstruksiya elementləri əvvəlki məscidlərin memarlıq ənənələrini saхlamışdır.



Saatlı məscidi

Məscid minarələrinin ümumi quruluşu da Yuхarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrini yada salır. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə ön cərgədə duran «Saatlı» məscidi Kərbəlayi Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Memarın bu bölgədə sonralar tikdiyi məscidlər minarəsiz olmuş və bəzilərinin yanında minarə çardağını хatırladan «Güldəstə»lər quraşdırılmışdır.


Tarix: 25.02.2013 / 22:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Məscidlər
loading...