Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anabaptist

Anabaptist (yunan. Αναβαπτιστές) — XVI əsrdə İsveçrə, Almaniya, Avstriya və Niderlandda yayılmış radikal protestant hərəkat. Hərəkatı digərlərindən fərqləndirən ən önəmli xüsusiyyəti icmanın yaşlı üzvlərinin ikinçi dəfə xaç suyuna çəkilməsi idi. İcma üzvləri körpə uşaqların xaç suyuna çəkilməsini qəbul etmədikləri üçün yaşlı insanların bu mərasimi yerinə yetirmələri təkrar hesab olunmurdu.

Anabaptistlər özlərini qardaşlar və baçılar adlandırırdılar. Anabaptist dini cərəyanın yaranması və formalaşması din xadimi Qrebelin adı ilə bağlıdır. Qrebel Sürix radikal protestantlarının başçısı idi. O, körpələrin xaç suyuna çəkilməsinə etiraz edir və bunun Bibliyaya zidd olduğunu bildirdi. 1527-ci ildə təlimin əsasları işlənib hazırlandı. Ona əsasən yaşlılar açıq tövbə etdikdən sonra xaç suyundan keçməli, günah işlətmiş və tövbə etməmiş icma üzvləri icmadan qovulmalı idi. İcam üzvüləri dövlət işindən, orduda quluqdan, silah gəzdirməkdən imtina etməli idilər. Təlimin ehkamlarını katolik və protestant kilsələri tərəfindən rədd edilmişdir. Surix Anabaptistlərinə qarşı katolik kilsəsi tərəfindən bir neçə dəfə dini hərəkatlar təşkil edilmişdir.


Tarix: 07.03.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Kilseler
loading...