Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anahit kilsəsi

Məbəd Göygöl rayonu Çaykənd kəndi ərazisində yerləşir. Dəqiq tikilmə tarixi bəlli olmasa da, tikiliş üslubuna görə xristianlığın erkən dövrünə aid edilir. Anaid məbədi XVI əsrdə bərpa edilib. Çay daşı və qum qarışığından inşa edilən məbədin tikintisində mismardan istifdə olunmayıb. Məbəddə növbəti təmir SSRİ dövründə aparılıb. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub.

Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə Pompey Qafqaz Albaniyasına yürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahid məbədi yaxınlığında düşərgə salmışdı.Bu məlumat onu təsdiq edir ki,Anahid məbədi xristianlıqdan əvvəl Ay ilahəsi olan Anahidə (Roma panteonunda qarşılığı Selena) sitayiş edən Qafqaz albanlarının məbədi olmuş,sonradan xristianlığın qəbulundan sonra xristian məbədi kimi dəyişdirilərək istifadə edilmişdir.


Tarix: 07.03.2013 / 15:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Kilseler
loading...