Yeni il bayramı ilə birlikdə səyahətlər də başlayır. Biriləri soyuqdan qaçaraq isti ölkələrə üz tuturlar. Digərləri əksinə qış əyləncələrinə üstünlük verərək qış istirahət mərləzlərini seçirlər. Bəziləri isə baba-nənəyə baş çəkmək üçün rayona yollanırlar.
Səyahətə hazırlıq
1. Qışdan yaya doğru. Siz ekzotik isti bir ölkəyə səyahət etmək istəyirsinizsə, təbii ki, təyyarədən istifadə edəcəksiniz. Buna görə də uşağa bir şüşə su, alma və ya peçenye, ürəkbulanmaya qarşı konfet əlinizin altında olmalıdır.
Təyyarə enib və qalxanda uşaqların "qulağının batmaması” üçün şirniquş və ya saqqız ala bilərsiniz. Bəzi analar "Otipaks” dərmanını qulağa tökürlər. Özünüzlə rəsm albomu, rəngli karandaş, kiçik oyuncaqlar da götürməyi unutmayın.
Böyüklərdən fərqli olaraq uşaqlar uçuş zamanı yatmağı sevmirlər. 4-5 yaşlı uşaqlar üçün masaüstü oyunlar ala bilərsiniz. Enəcəyiniz ölkənin iqlimini nəzərə alaraq uşağa yay geyimi götürmək lazım olacaq.
2. Qışdan qışa doğru. Uşağı bir neçə qat geyindirməyi unutmayın ki, təyyarədə salonun temperaturuna görə soyunmağı mümkün olsun.
3. Qatarda. Bu halda iqlim qurşağı bir o qədər də dəyişmədiyinə görə, üst geyimlərini əl altında saxlamağı unutmayın. Ola bilər ki hər hansı bir stansiyada təmiz hava almaq üçün enmək fikrinə düşərsiniz. Yol uzun ola bilər.
Buna görə də vacib əşyaların siyahısını öncədən tutmaq lazımdır. Telefon üçün adapter, radio üçün qulaqcıqlar, masaüstü oyunlar vacib elementlərdəndir. Yemək üçün tez həll olunan sıyıqlar, bişintilər, alma, xiyar, pomidor, soyutma yumurta, kolbasa və pendir köməyinizə çatacaq.
Kupedə öz ailənizlə gedirsinizsə uşaq üçün qorşok götürə bilərsiniz, çünki gecənin yarısı uşaqla ayaqyoluna getmək heç də rahat deyil. Giqiyenanı qorumaq məqsədilə özünüzlə antibakterial nəm salfetka götürməyi unutmayın. Yolunuz açıq olsun!
Tarix: 03.01.2015 / 14:38 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Körpəyə qulluq