Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana öpüşü güclü immunitet yaradır

Təzə doğulan körpələrin sağlamlığı ilə bağlı aparılan araşdırmalar yeni-yeni faktları üzə çıxartmaqdadır. Alimlərin apardıqları yeni təcrübələrə əsasən, ana öpüşü körpədə bəzi xəstəliklərə qarşı ömürlük immunitet yaradırmış. "Medikforum.ru" saytının verdiyi məlumata görə, Yeni Zelandiyadan olan bir qrup alimin apardığı uzun-uzadı araşdırma məhz bu nəticəni ortaya çıxarıb. Yeni doğulmuş körpələrə ana öpüşünün təsirini araşdıran alimlər müəyyənləşdiriblər ki, bu öpüş zamanı uşağın orqanizminə müəyyən bakteriyalar keçir. Məhz həmin bakteriyalar körpədə angina, qulaq infeksiyası kimi xəstəliklərə qarşı immunitet yaradır.


Tarix: 03.01.2015 / 14:34 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Körpəyə qulluq
loading...