Uşaqlar üçün ən əhəmiyyətli məkanlardan biri də otaqlarıdır. Məktəb xaricindəki vaxtlarının böyük əksəriyyətini keçirdikləri uşaq otağının əhəmiyyətli ünsürlərdən biri isə boya seçimidir. Uşaq otağı üçün boya seçərkən rəng seçimindən, boyanın növünə və keyfiyyətinə qədər bir çox məsələlərə diqqət etmək lazımdır. Uşaqlarınızın otağını rəngləmək və onların sevəcəyi məkanlardan birinə çevirmək üçün, uşaq otağı boyası haqqında mütəxəssislərinin tövsiyələrinə qulaq asın!
Rəng seçiminə diqqət yetirin!
Uşaq otaqları üçün boya seçərkən, uşağınızın zövqünü və xarakterini nəzərə almaq lazımdır. Rəng seçimini uşağınızla birlikdə əyləncəli şəkildə seçə bilərsiniz. Məktəb çağında olan uşaqların otağı üçün beyin inkişafına müsbət təsir edən sarı və bənövşəyi tonlardan istifadə edilə bilərsiniz. Qırmızı, narıncı və sarı tonlarındakı rənglər xüsusilə, 11 - 12 yaşındakı uşaqların coşğun və çılğın xarakteri ilə tam uyğun gələcək. Ancaq bu rəngləri mütləq yaşıl və mavi tonlar ilə uyğunlaşdırmaq lazımdır. Məsələn, aksessuar seçimini bu rənglərdə edə bilərsiniz.
Məktəbli uşaqlar üçün yaşıl rəngli divarlar faydalı olacaq. Yaşıl tonları eyni zamanda uşağınızın güvən duyğusunu inkişaf etdirəcək və rahat olmasını təmin edəcək. Daha böyük və gənc otaqları üçün güvən təlqin edən, sakitləşdirici təsiri olan mavinin açıq tonları da seçmək olar.
Uşaq otaqlarının bir başqa funksiyası da əslində, oyun sahəsinin də olmasıdır. Dərslərinə və imtahanlara hazırlaşarkən uşaqlara yoldaşlıq edən otaqlarında bir saray yaxud bir meşə ya da bir kosmos məkanı kimi oyun sahələrinin olması yaxşı olardı. Yaradıcılıqda sərhəd tanımayan uşaqlar, otaqlarını bu tərz xəyali məkanlar kimi təsəvvür edir. Həmçinin divarlarda dəyişik şəkilləri də çox sevirlər. Buna görə axşam evə gəldiyiniz zaman uşağınızın divarlarında ulduz, günəş və ağac şəkilləri görsəniz təəccüblənməyin. Yaxşı olardı ki, yaradıcılıq qabiliyyəti yüksək olan uşaqların otağı üçün divar boyasında yazıların, şəkillərin silinməsi mümkün olan boyalardan istifadə edin. Beləcə boşuna təşvişə düşməkdən də xilas olmuş olacaqsınız.
Tarix: 03.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Körpəyə qulluq