Hepatit A, vərəm, bağırsaq xəstəlikləri vaxtında mualicə olunmadıqda ağır nəticələr verə bilər. Uşaqlarımızı bu cür yoluxucu xəstəliklərdən qorumağın ən təsirli və sadə yolu isə onları əl yumağa vərdiş elətdirməkdir.
Əllərin hər santimetrində 4-6 min zərərli mikroorqanizm var!
Gündəlik həyatda ən çox çirklənən əllərdir. Əllər təmiz kimi görünsələr də, üzərlərində gözlə görülməyən bakteriya, virus və parazit yumurtaları kimi bir çox xəstəliklər mövcuddur. Əllərin hər santimetrində təxminən 4000-6000 bakteriya var. Bu gözlə görünməyən mikroorqanizmlər uşaqlarda əlləri ağıza və ya gözlərə aparma, toxunma, qucaqlaşma, yeməkləri və ya əşyanı paylaşma kimi yollarla yoluxa bilər. Əl yumağın məqsədi də əllər üzərində olan zərərli mikroorqanizmləri uzaqlaşdırmaqdır. Çünki sıx yuyulmayan əllər mikrobların çoxalmasına gətirib çıxara bilər.
Xüsusilə barmaq araları mikrob yuvasıdır.
Ətrafdan, heyvanlardan və ya insanlarla təmasdan sonra qrip, hətta vərəm xəstəliyinə səbəb olan zərərli mikrobların əllərimizlə bədənimizə yerləşməsinə yol aça biləcəyimizə diqqət çəkərək, "Əllərdə xüsusilə baş barmaq, barmaq araları və barmaq ucları ən sıx təmas edilən nöqtələr olduqları üçün daha çox mikrob olur.
Əlləri yumaq xəstəliklərdən qorunmağın ən təsirli üsuludur.
Əl yuma üsulunu uşaqlarımıza öyrədərək ishaldan yüzdə 53, sətəlcəmdən yüzdə 50 və impetigo deyilən dərinin bakteriyal infeksiyasından isə yüzdə 43 nisbətində qorumaq mümkün olur.
Ana- atalar uşaqlarına nümunə olmalıdır.
Uşaqlar əylənərək öyrənməyi sevir. Siz də uşağınıza əl yumağı öyrədərkən bunu əyləncəli hala gətirməyə çalışın. Bunun üçün tualet ətrafına sevdiyi bir oyuncaq və ya xətt film xarakteri şəklində əyləncəli şəkillər ya da əllərin hansı vəziyyətlərdə yuyulması lazım olduğunu göstərən şəkillər kimi xatırladıcı vəsaitlər yerləşdirə bilərsiniz. Uşağınıza əl yumağın əhəmiyyətini öyrədərkən qətiyyən təzyiq göstərməyin. Ona sakit bir səs tonuyla əl yuyaraq bir çox xəstəlikdən qoruna biləcəyini izah edin. Əlini yumamaqda müqavimət göstərirsə, problemi həll etmək üçün maraq çəkəcək başqa bir üsulu sınayın.
Əllərini ən az 30 saniyə yumalı!
Əl yumaq hər nə qədər sadə görünsə də, onunda ğz qaydaları var. Hansısa görülən işə görə əllər yuyulmalıdır əks halda əllərdəki mikroblar getməz. Bu səbəblə də uşağınızın əllərini ən az 30 saniyə yumaq lazımdır.
Addım-addım doğru əl yuma üsulu:
Əvvəl əlləri suyla isladılmalı,
Sabunla əllərini ovalayaraq yumalı,
Barmaq uclarını və barmaq aralarını, baş barmaqlarını, ovuc içlərini və bilək qıvrımlarını yaxşıca yaxalamaq lazımdır.
Əllərini axan suyun altında yaxşıca durulamalı,
Yuma əməliyyatının ardından əllərini təmiz dəsmalla qurulamalı.
Uşaqlar əllərini nə vaxt yumalı?
Səhər qalxdıqda
Tualetə girdikdən sonra
Yeməklərdən əvvəl və sonra
Küçədən evə gələndə
Əllərində çirk və ya ləkə varsa
Öskürmə və asqırma zamanı
Heyvanlarla təmas etdiyində əllərini mütləq yuması lazım olduğunu bilməlidir.
Tarix: 03.01.2015 / 12:45 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Körpəyə qulluq