1. HAMBURGER: Hazırlanmasında ən zərərli yağ növü olan doymamış yağlardan istifadə edildiyi üçün hamburger uşaqlarda artıq çəkiyə zəmin yaradır və ürək-damar xəstəlikləri də başda olmaqla bir çox xəstəliyin riskini ciddi şəkildə artırır.
2. KARTOF QIZARTMASI: İçərisində yüksək miqdarda akrilamid maddəsi olduğuna görə tez-tez istifadə olunduqda damar sərtləşməsi, köklük və xərçəngə səbəb olur.
3. RƏNGLİ QƏND: İçində boyaq əmələ gətirən kimyəvi maddələri toplayan qəndlər diş çürüməsi başda olmaqla, köklük, şəkər, ürək-damar xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, asma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur.
4. PARTLADILMIŞ QARĞIDALI (Pop-korn): Tədqiqatlar yüksək kalorili partladılmış qarğıdalının tərkibində doymuş yağların çox olduğunu göstərir.
5. FISTIQ: Təsadüfən rastlansa da, ölümlə nəticələnən fısdıq allergiyasına görə uşaqlara fısdıq verilməsi təhlükəli hesab edilir.
6. TORT: Tortun içərisində şəkər, yağ, un kimi qida maddələrinin çox olması mədə xəstəliklərinə səbəb olur.
7. KONSERVLƏŞDİRİLMİŞ BALIQ: Dünyada ən çox istifadə edilən qida növü olmasına baxmayaraq, konservləşdirilmiş balığın həddindən artıq istifadəsi sinir sistemi və ürək xəstəliklərinin riskini artırır.
8. GÖBƏLƏK: Bu bitkinin yabanı növləri zəhərlənmələrə səbəb olur.
9. SOSİS: Amerikanın Pediatriya Akademiyası 10 yaşından kiçik uşaqlarda boğulma hallarının 17%-nin sosisdən qaynaqlandığını açıqlayıb.
10. KOLBASA: Tərkibində soda və nitrit olan kolbasa və sosisinin istifadəsi xərçəngə yol açır.
11. MAKARON: Xəmirdən hazırlanan makaronun çox yeyilməsi həm artıq çəki, həm də mədə xəstəliklərinə zəmin yaradır.
12. ÇİPS: Mütəxəssislər çipsin xərçəngdən köklüyə, diabetdən Altsheimer xəstəliyinə qədər bir çox xəstəliklərə səbəb olduğunu söyəyirlər.
13. DONDURMA: Tərkibindəki maddələrin asanlıqla xarab olmasına görə bağırsaq xəstəliklərinə yol açır. Ancaq kalsyium baxımından zəngin olduğu üçün nəzarət altında istifadəsi məsləhət görülür.
14. ÜZÜM: Antioksidant baxımından zəngin bir meyvə olan üzümün də valideynlərin məsləhəti ilə istifadəsi daha məqsədəuyğundur.
15. SALATLAR: İçərisində olan mayonezin asit (sirkə və ya limon suyu) istifadə edilərək hazırlanması, qida ilə bağlı xəstəliklərə səbəb olur.
16. ŞOKOLAD: Tərkibində yüksək miqdarda kakao, şəkər və əlavə maddələr olan şokolad qandakı xolesterolun miqdarını yüksəldir. Odur ki, yeyilən şokoladın miqdarına diqqət etmək lazımdır.
17. HAZIR ŞORBALAR: Toz halına salınmış, dəfələrlə emal edilmiş, içərisində çoxlu miqdarda əlavə maddələr olan hazır şorbalar xərçəngə səbəb olur.
18. ÇİY YUMURTA: Tərkibində olan zərərli salmonella mikrobuna görə xəstəliklərə və zəhərlənməyə yol açır.
19. DONDURULMUŞ QİDALAR: Dondurulma əməliyyatları zamanı zərərli orqanizmlər əmələ gəldiyi üçün dondurulmuş qidalar mədə və bağırsaq xəstəliklərinə səbəb olur.
20. XƏMİR YEMƏKLƏRİ: Bu cür yeməklər həm xolestrolun nizamını pozur, həm də yüksək kalorili olduğundan artıq çəki problemi yaradır.
Unutmayın ki, bütün bu məsləhətlərə əməl etməklə, uşaqlarınızın sağlamlığını qoruyacaqsınız.
Tarix: 30.12.2014 / 17:49 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Körpəyə qulluq