Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aborta Allah qarşısında heç bir bəraət yoxdur!!!

Körpəni əvvəlcə iti bıçaqla tikə-tikə doğrayır, sonra isə hissə-hissə xaric edirlər. Körpənin başını xaric etmək mümkün olmadığı üçün əvvəlcə onu maqqaşla əzir sonra isə çıxardırlar.
Daha sonra isə körpənin qana boyanmış hissələrini diqqətlə bir yerə yığaraq, bütün hissələrin (ayaqlar, qollar və s.) olub-olmamasını yoxlayırlar...
Abort, bəzən isə adını riyakarlıqla “hamiləliyin süni şəkildə pozulması” adlandırdıqları bu vəhşilik - diri körpənin məhv edilməsi, məhz bu şəkildə aparılır...
Abort – vəhşicəsinə, qəsdən canlı bir insanın qətlidir - öldürülməsidir.

Bəli, məhz qəsdən öldürülmə və məhz ALLAH tərəfindən yaradılmış olan insanın öldürülməsidir!
Bu gün elmi cəhətdən mübahisəsiz olaraq subut olunmuşdur ki, insan həyatı iki cinsi hüceyrənin (qadın və kişi) birləşməsi anından başlayır. Bu birləşmə nəticəsində fərdi gen toplumuna malik olan yeni bir hüceyrə yaranır. Bu son dərəcədə kiçik hüceyrədə yeni orqanizm barədə bütün məlumatlar (onun cinsi, qan qrupu, gözlərinin və saçlarının rəngi və s.) toplanmış olur.
Beləliklə hər bir belə hüceyrə nadir və təkrarolunmaz bir insandır! Bu kiçik hüceyrədən böyük bir insanın yaranması üçün lazım olan şərtlər isə - qida, oksigen və vaxtdır.


Ona görə də bu rüşeymin yaranması vaxtından asılı olmayaraq onun abort edilməsi istənilən halda insan qətlidir! Bunun başqa adı yoxdur! Yalnız çox riyakar və əqli cəhətdən natamam olan insanlar belə deyə bilərlər: ana bətnində olana qədər, o sanki insan deyil və onu öldürmək olar. Doğulduğu andan etibarən isə, o artıq insandır və onu öldürmək olmaz.
Bu fikirlərdə nə məntiq, nə insanlıq, nə də bir məna vardır! Məgər insanın harada olması onun öldürülməsinə kiməsə haqq verə bilərmi? Onda belə çıxır ki, misal üçün, insan zirzəmidə olduqda, onu öldürmək olar, oradan çıxdıqda isə öldürmək olmaz? Axı bu cəfəngiyatdır!

Bizim yaşadığımız hazırkı günlərimizdə qadınlar çox zaman mini-abort etdirirlər. Bir çoxları qısa şəkildə onu sadəcə olaraq “mini” adlandırırlar. Soyuqqanlılıqla: “gedib mini etdirdim” deyərək, özlərini elə aparırlar ki, sanki söhbət çürümüş bir dişin xaric ediliməsindən gedir.
Hətta bir çox hallarda onlar diş həkiminə gedərkən, aborta nisbətən daha çox qorxu hissiyyatı keçirirlər.
“Mini” zamanı qadının uşaqlığına, iti kənarları olan və digər tərəfdən tozsorana bənzəyən qurğuya birləşdirilmiş, plastmas boru yeridilir.

Təzyiq altında uşağın bədəni kiçik-kiçik hissələrə parçalanaraq qanlı kütlə şəklində xüsusi qaba sorulur...
12 həftəlik hamiləlikdən sonra abort edilməsi üçün maşaya oxşayan daha bir tibbi alət –"aborsanq" da lazım olur, çünki artıq bu zaman uşağın ayaqları, qolları vardır, onun sümükləri isə möhkəmlənməyə başlayır.
Həkim bu alətlə uşağın qolunu, ayağını və ya onun bədəninin digər hissəsini tutaraq burma hərəkətləri ilə uşağın bədənindən qoparır. Bu vəhşilik uşağı hissələrə bölüb tam çıxardana qədər dəfələrlə təkrar olunur... Uşağın onurğa sütununu xaric etmək üçün o hissə-hissə sındırılmaqla, uşağın başı isə parçalanaraq hissələrə bölünməklə xaric olunur. Tibb bacısının vəzifələrindən biri abortdan sonra uşağın parça-parça çıxarılan hissələrini bir yerə yığaraq onun tam şəkildə xaric edilməsinə əmin olmaqdan ibarətdir...

Abort zamanı baş verən bu faciənin daha da ağırlaşması ondan ibarətdir ki, ana bətnində olan uşaq... ağrıları da hiss edir! Bu artıq qəbul olunmuş və sübut olunmuş bir faktdır. Artıq 7-ci həftəsində uşaq başını ağrı olan tərəfdən kənara qaçırır və ya yana çevirir (həyatının digər dövrlərində olduğu kimi)...
Aborta heç bir halda bəraət qazandırmaq olmaz! Bunu nə insanlıq qarşısında, nə də Allah qarşısında etmək mümkün deyil! Bu zaman körpənin ölümünə görə günah eyni səviyyədə həm qadının, həm ona icazə verən və ya məcbur edən kişinin, həm də, əlbətdə ki, həkimin və digər bu vəhşilikdə iştirak edən tibb işçilərinin üzərinə düşür.


Əgər ana bətnində olan uşaq xəstədirsə, onda nə etməli?- deyə kimsə soruşa bilər. Bu halda onlara cavabımız belə olar. Əgər qadın tam sağlam bir uşaq dünyaya gətirərsə, sonra isə bu uşaq 1, 2, 5 və ya 10 yaşında hər hansı bir səbəbdən əlil olarsa, siz, abortda olduğu kimi, onu da diri-diri hissələrə parçalayıb öldürəcəksinizmi? Təbii ki, yox. Siz uşağınızı ayağa qaldırmaq üçün hər bir əziyyətlərə qatlaşaraq ona qulluq edəcək, həkimlərə müraciət edərək dərmanlara xeyli vəsait sərf etməklə onu müalicə etməyə çalışacaqsınız.


Ana bətnində olan müdafiəsiz kiçik körpəciklə doğulmuş bu xəstə uşaq arasında çoxmu fərq var?! Bəs bu halda ana bətnində olan uşağı niyə insaniyyətliyə sığmayan bir vəhşiliklə qətlə yetirirsiniz?

Onu da qeyd etmək çox vacibdir ki, bir çox hallarda Allahın köməkliyi ilə xəstə doğulmuş uşaq bir müddət sonra sağalaraq, uşaqlarının ana bətnində olarkən öldürülməsi kimi bağışlanmaz bir günahı öz çiyinlərinə götürməyən valideynlərinin sevincinə səbəb olur.
Digər tərəfdən ana bətnində olan uşağa həkimlər tərəfindən səhv diaqnoz qoyula bilməsi də mümkündür. Heç bu haqda fikirləşmisinizmi?
Abortun edilməsinə haqq qazandıran digərlərinin: "Əgər uşağı saxlamaq imkanı yoxdursa, onda nə etməli?" sözlərinə Allah (c.c) nazil etdiyi Qurani-Kərimin bu sözləri ilə cavab veririk:

(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! (Əl-Anam surəsi, 151)
"Bu övlad ailədə 3-cü (4-cü, 5-ci) qızdırsa, həyat yoldaşım isə oğlan uşağı istəyirsə mən nə etməliyəm?” deyən qadına da Müqəddəs Qurandan olan bu sözləri çatdırmaq istəyirik: “Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir” (əş-Şura, 49).


«Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir…» (Rad, 8)

Əgər qadının sağlamlığı zəif olduğu üçün ona uşaq doğmaq olmazsa, onda nə etməli? - xəstə qadın soruşa bilər. Bəs bunu kim deyir? Həkimlər? Axı həkimlər bu barədə ancaq öz fikirlərini söyləyə bilərlər, hər birimizin həyat və ölümlə bağlı əmri həkimlər yox, yalnız Allah verir! Bizlərdən hər birimizin ölüm günü və saatı biz doğularkən Allah tərəfindən artıq müəyyən edilmiş olur. Yəni əgər ölmək zamanı gəlibsə, onu heç kim uzaqlaşdıra bilməz. Və ya əksinə, sizin ölümünüzün vaxtı çatmayıbsa, siz ölə bilməzsiniz.
Beləliklə, heç bir arqument abort üçün bəraət kimi qəbul oluna bilməz. Heç bir şübhə yoxdur ki, hər birimiz öləcəyik. O da sübhəsizdir ki, gec və ya tez hər birimiz bizi Yaradanın qarşısında bu həyatda etdiklərimizə görə cavab verəcəyik. Günahsız körpənin amansız öldürülməsinə görə ağır cəza çəkməyə hazırsınızmı?

"Yer üzərində namussuzluğu yaymasına və ya qəsdən adam öldürməsinə görə olan hallar istisna olmaqla, kimsə hər hansı bir insanı digər səbəbə görə oldürərsə, o bütün insanları öldürmüş kimi, kimsə bir insan həyatını saxlayarsa (qoruyarsa), o sanki bütün insanların həyatını saxlamış kimi qəbul olunur". ("Əl-Maidə", 32)
Bizim oxucular içərisində də elə qadınlar ola bilər ki, onlar bircə dəfə də olsun abort etdirməklə, Allah qarşısında nə qədər böyük bir cinayət etdiklərini heç zaman düşünməyiblər. Onların Allah qarşısında tövbə etmələri hələ ki, gec deyil! Səmimi şəkildə tövbə edilməsi Allah tərəfindən bağışlanmanın yoludur.
Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə.
Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Əl-Mümtəhana surəsi” (“Sinanan”), 12)


Hamiləyinin 18-ci və 25-ci günləri arasında (hamiləliyin 3-4 həftəliyində) körpənin ürəyi döyünməyə başlayır. Hamiləyinin 20-ci günü sinir sisteminin əsası formalaşır. Hamiləliyin 43-cü günüdə uşağın beyninin ensefaloqrammasını çəkmək olar. Həmiləliyin 9-10 həftəliyində körpə artıq gözlərini hərəkət etdirir, udqunur, dilini tərpədir, hıçqırır, oyaq olur və yatır. 11-ci həftəsində uşaq baş barmağını sorur, ətraf mühitdəki səslərə reaksiya verir, hətta xaricdən gələn səs onu yuxudan da oyada bilər.
Hamiləliyin 10-11-ci həftəsində uşağın formalaşmış olan bütün orqan və sistemləri işləyir.


Tarix: 03.01.2015 / 14:04 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Körpəyə qulluq
loading...