Körpəsinin həm fiziki, həm də psixoloji cəhətdən sağlam böyüməsini hər ana istəyir. Bunun üçün sizə bəzi məsləhətlər verə bilərik.
1. Xəstəxanadan evə gəldiyiniz gün heç bir qonaq qəbul etməyin. Unutmayın ki, hər bir insan istəmədən virus daşıyıcısı ola bilər.
2. Havanın soyuq və ya isti olmasından asılı olmayaraq xəstəxanadan çıxan gündən etibarən öz ağrılarınızı və körpəylə birlikdə artmış ev işlərini unudaraq gün ərzində ən az 2 saat təmiz havada olun.
3. Qətiyyən bayırdan gəlmiş birinin əllərini yumadan körpənizə yaxınlaşmasına icazə verməyin.
4. 5 ayını tamamlamış körpəyə hər gün 100 qr portağal şirəsi verin. (evdə hazırlanmış)
5. Körpəni qalın geyindirməyin. Unutmayın necə öyrətsəniz elə də davam edəcək.
6. Körpənizi tez-tez qucağınıza alın və onun sizin üçün nə qədər dəyərli olduğunu söyləyin.
7. Dil açmağa yaxın olan körpələrə heyvan səsi çıxaran oyuncaqlar verin. Uşaqlar heyvan səslərini insan səslərindən daha yaxşı təqlid edir.
8. Körpənizin səlist dil açmasını istəyirsinizsə onunla böyük kimi danışın. "Nəm-nəm" yerinə yemək, "cici" yerinə yaxşı, "cız" yerinə isti kəlimələrindən istifadə edin.
9. Küçədə olduğunuz zaman körpənizin kürəyinin sizə olmasına çalışın. Yəni qucağınıza aldığınız zaman üzü insanlara kürəyi isə sizə söykənmiş olsun. Bu gələcəkdə özünəinamlı olması üçün vacibdir.
10. Mağazadan bir şeyi almaq istəmədiyinizdə "pul yoxdur" əvəzinə "bu sənə lazım deyil" ifadəsindən istifadə etsəniz gələcəkdə uşağınızda ola biləcək komplekslərin qarşısını almış olarsınız.
Tarix: 03.01.2015 / 14:01 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Körpəyə qulluq