Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gültəkin Abdullayevanın topladığı hədislər

ALLAHA və axirət gününə iman gətirən (inanan) şəxs ya faydalı xeyir söyləsin və ya (xeyirli bir şey danışa bilmirsə) sussun (hədisi şərif).
Hörmətli qardaş bə bacılarım. Gültəkin Abddulayeva adlı bacımız, peyğəmbərimiz (sav)-in hədislərini tərcümə edərək bizim üçün göndərib. Allah ondan razı olsun. Bu hamı üçün nümunə olmalıdır. Sizlər də peyğəmbərimizin səhih hədislərini tərcümə edib göndərsəniz çox məmnun olarıq və həm də çox savab iş görmüş olarsınız.
Allah hamınızdan razı olsun. Allahdan arzum odur ki, bizlərə Məhəmməd Peyğəmbərimizlə eyni cənnətdə olmağı nəsib etsin.

1. ALLAHA və axirət gününə iman gətirən (inanan) şəxs ya faydalı xeyir söyləsin və ya (xeyirli bir şey danışa bilmirsə) sussun.

2. Cəbrail mənə qonşu haqqında o dərəcədə tövsiyyə etdi ki, onu mütləq mənə mirasçı edəcəyini sandım.

3. Qəlbində heç bir ayət olmayan şəxs xaraba bir ev kimidir.

4. Yaxşılıq əxlaq gözəlliyidir, Pislik qəlbini narahat edən və xalqın öyrənməyini istəmədiyin əməllərdir.

5. KƏHF surəsinin əvvəlindən 10 ayə əzbərləyən şəxs dəccalın şərrindən qurtulur.

6. ALLAHA and içirəm ki, ALLAH-TƏALANIN sənin vasitənlə bir adamı hidayətə (doğru yola) çatdırması, sənin üçün dünyaya malik olmaqdan daha xeyirlidir.

7. Fəqirlərlə (kasıblarla) maraqlanmaqda mənə kömək edin. Çünki sizə aranızdakı fəqirlərə görə yardım oluna bilir və ruzi verilə bilir.

8. Həsəddən çəkinin: atəş odunu necə yeyirsə (yandırırsa), həsəd də yaxşılıqları elə yeyir (yandırır).

9. Gecə vaxtı BƏQƏRƏ surəsinin sonundakı 2 ayəni oxuyan şəxs üçün bu kifayətdir.

10. Yalan söyləmək pisliyə, pislik isə cəhənnəmə aparar.

11. Bir adam yalan söyləməkdən əl çəkməzsə ALLAH qatında yalançı olaraq yazılar.

12. Qəlbində zərrə qədər təkəbbür olan şəxs cənnətə girməz.

13. Uşaqlarınıza 7 yaşında ikən namaz qılmalarını söyləyin. 10 yaşına çatdıqları halda qılmazlarsa onları cəzalandırın, yataqlarını da ayırın.

14. Dünya və qadın fitnəsindən çəkinin. İsrail oğulları içində də ilk fitnə qadın üzündən çıxmışdır. Hər biriniz çobansınız və sürünüzə cavabdehsiniz.

15. Hər hansı bir camaat evdə toplanıb QURANİ-KƏRİM oxuyarsa və aralarında zikr edərlərsə qəlbləri sükunət tapar, fərəhə çatar.

16. Qiyamət günündə hər kəsin haqqı özünə veriləcək, hətta buynuzsuz qoça görə buynuzlu qoçdan qisas alınacaqdır.

17. Müsəlman - dilindən və əlindən müsəlmanların zərər görmədiyi şəxsdir. Mühacir isə ALLAHIN qadağan etdiyi şeylərdən uzaq duran şəxsdir!

18. Hər kim bir qarış yerə haqsız olaraq, zülm edərək sahib çıxarsa, həmin yerin 7 qatı boynuna keçirilər.

19. Ramazandan sonra orucların ən fəzilətlisi ALLAHA aid edilən Məhərrəm ayında tutulan orucdur. Fərz namazlarından sonra ən fəzilətli namaz da gecə namazıdır. Bir adam doğru şəkildə dəstamaz alarsa, dırnağının altına qədər hər tərəfdən günahları (kiçik günahları) tökülər.

20. Gecə namazını camaatla qılan, gecənin yarısını ibadət etmiş olar. Sabah namazını camaatla qılan bütün gecəni ibadətlə keçirmiş olar.

21. ALLAH rızası olduğu bir elmi, sırf dünya malına (ne’məti) nail olmaq üçün öyrənən şəxs (kimsə) qiyamət günündə - Cənnətin qoxusunu belə duymaz.

22. Möminlərin iman baxımından ən mükəmməli, xasiyyəti ən gözəl olanıdır. Xeyirliniz, qadınlarına qarşı xeyirli olanlardır.

23. Ağıllı kimsə nəfsinə qalib gələn və ölümündən sonrası üçün fikirləşəndir.

24. Vəsiyyət etməyə bir şeyi olan müsəlmanın vəsiyyəti yanında yazılı olmadan 3 gecə keçirməsi doğru deyildir.

25. Ey insanlar! Salamlaşınız, Yemək yedirdiniz, İnsanlar yatarkən gecə yarısı namaz qılınız. Salamatlıqla cənnətə girərsiniz.

26. Ümmətimin yaxşı-pis əməlləri mənə göstərildi. Yaxşı əməllərin içində gəlib keçənlərə əziyyət verən şeylərin yollardan götürülməsini də gördüm.

27. Ümmətimi yaxud insanları zəhmətə düşürməkdən qorxmasaydım onlara hər namaz vaxtı misvaqdan istifadə etməyi əmr edərdim.

28. Dünya və malından üz çevir ki, ALLAH səni sevsin! Xalqın malından üz çevir ki, insanlar səni sevsin.

29. Hər bir müsəlmanın əkdiyi ağacdan yeyilən və oğurlanan meyvə həmin ağacı əkən şəxs üçün sədəqədir.

30. Möminlər (gecə) işa namazı ilə sabah namazılarındakı savabı bilsələr iməkləyərək də gəlməli olsalar bu namazlarını camaatla qılarlar.

31. Hər hansı bir camaat ya cümə namazını tərk etməkdən çəkinirlər, yaxud da ALLAH onların qəlblərini möhürlər, (onlar) qafillərdən olurlar.

32. Gecə qalxıb namaz qılan, ərini oyandıran və oyanmaq istəmədikdə üzünə su səpən qadına ALLAH rəhmət eləsin.

33. Zəkatlarını verməyən qızıl və gümüş sahiblərinin bu malları qiyamət günündə alovdan bir zincir olacaq. Bu malları ilə cəhənnəmə atılacaq.

34. ALLAH yolunda ayağı tozlanan kimsəyə cəhənnəm alovu toxunmaz.

35. Doğruluq yaxşılığa, yaxşılıq da cənnətə aparar.

36. İnsan doğru sözlüyünə davam etdikcə ALLAH qatında “SİDDİQ” olaraq yazılar.

37. Sizdən biriniz belinə bir bağ odun yüklənib satması, hər-hansı birinin dilənməsindən daha xeyirlidir. O da ya verər, ya da verməz.

38. Təmizlik imanın yarısıdır.

39. ”ƏLHAMDULİLLƏH” sözü mizanı (tərəzini) doldurur. ”SÜBHANALLAHİ VƏLHAMDULİLLƏH” cümlələri də yerlə göy arasını doldurur.

40. ALLAH gözəldir, gözəli sevər.

41. Təkəbbür isə, haqqı qəbul etməmək və insanları saymamaqdır (aşağı görməkdir).

42. Olduğun hər yerdə ALLAHdan qorx. İşlədiyin bir pisliyin ardınca yaxşılıq et ki, pisliyin günahını aparsın. İnsanlara da gözəl münasibət göstər, günahını aparsın.

43. Sədəqə verməklə mal əskilməz.

44. ALLAH TƏALA əfv edən qulunun dəyərini artırar.

45. ALLAH rızası üçün alçaq könüllü təvazökar olanı ALLAH ucaldır.

46. Möminin ruhu borcu ödənincəyə qədər ona bağlı qalır.

47. İnsanların ən mərifətlisi (xeyirlisi), ömrü uzun, əməli gözəl olandır.

48. Necə xoşbəxtdir o adam ki, əməl dəftərində çoxlu istiğfar (tövbə) vardır.

49. ALLAH TƏALA mənə sizin təvazökar olmağınızı, digərinə qarşı öyünməməsini və zülm edib həddini aşmamasını vəhy etdi.

50. Sizdən biriniz, insanlara namaz qıldırdığı vaxt qısa (çox uzatmasın) etsin. Çünki onların arasında zəif, xəstə və yaşlılar var.

51. Yaxşılıqların ən gözəli bir adamın, atasının sevdikləri ilə əlaqəsini kəsməməsidir.

52. Bir möminin gözəl əxlaqı ilə gecə ibadət edən, gündüz oruc tutan insanların dərəcəsinə çatar.

53. ALLAH qatında heç bir şey 2 damladan daha əziz deyildir: ALLAH qorxusu ilə axan göz yaşı və ALLAH yolunda tökülən qan damlası.

54. Yoxsula verilən bir sədəqə, qohuma verilən iki sədəqə yerinə keçər. Biri sədəqə savabı, digəri isə qohumu qoruyub himayə etmək savabıdır.

55. Dünya dadlıdır və mənzərəsi xoşdur. Şübhəsiz ki, ALLAH dünyanın idarəsini sizə verəcək və necə davranacağınıza, nə kimi işlər görəcəyinizə baxacaqdır.

56. ALLAHA sığınanların, sığınmaq üçün ən faydalı vasitələrini deyimmi? FƏLƏQ və NAS surələridir.

57. Kim şəhidliyi ürəkdən bütün səmimiyyəti ilə istəsə, yatağında ölsə də ALLAH onu şəhidlər mərtəbəsinə çıxardar.

58. (Bir Müsəlmana) zərər vurana ALLAH da zərər vurar, əzab verənə ALLAH da əzab edər.

59. Ən mühüm ibadət vaxtında qılınan namazdır, sonra ana ataya baxmaq (sayqı göstərmək), sonra cihaddır.

60. Mənim bildiklərimi bilsəydiniz az gülər, çox ağlardınız.

61. Bir kimsəyə miniyinə minərkən kömək etmək və ya yükünü heyvanına yükləməsinə kömək etmək bir sədəqədir.

62. Bir qoyun sürüsünün içinə iki ac qurdun o sürüyə verdiyi zərər, mala və mövqeyə düşkün bir adamın dininə verdiyi zərərdən böyük deyildir.

63. İnsan dostunun yaşayış tərzindən dərs alar. O halda, hər biriniz “dost” olacağı insana diqqət etsin.

64. Müsəlmanın müsəlman üzərindəki haqqı 5-dir: SALAM almaq, xəstəni ziyarət etmək, cənazədə iştirak etmək, çağrılan yerə getmək, asqıran birinə ”yarhəmukəllah” demək.

65. Yarım xurma ilə olsa (yaxşılıq edərək) belə Cəhənnəmdən qorunmağa çalışın.

66. Əgər dünya ALLAH qatında milçəyin qanadı qədər bir dəyərə sahib olsaydı. ALLAH heç kafirə dünyadan bir qurtum su belə verməzdi.

67. Kiçiklərimizə mərhəmət etməyən, böyüklərimizin də qədrini bilməyən bizdən deyildir.

68. Ruzisinin çoxaldılmasını, ömrünün uzanmasını istəyən şəxs SİLAİ-RƏHM (qohum-əqrabasına) diqqət etsin.

69. İXLAS surəsi QURANİ-KƏRİMİN 1/3-dir. Sizin ən dəyərliniz QURANI OXUYAN VƏ OXUDANLARDIR.

70. Ey müsəlman gənclər! Sizdən kimin evlənməyə maddi imkanı varsa evlənsin! Çünki evlənmək gözü haramdan son dərəcə qoruyur. İffəti də mühafizə edir.

71. Ey müsəlmanlar! (Şübhəsiz ittihamdan) çəkinin! “ZƏNN” İLƏ “İTTİHAM” sözləri yalanı ən çox olanlardır.

72. Əgər mən qoyunun kiçik bir dırnağına belə (kiçik bir şeyə) ziyafətə çağrılsam mütləq gedərəm.

73. Ərinin icazəsi olmadan bir qadın nafilə oruc da tuta bilməz.

74. Sizlərdən birinizin xanımı məscidə getmək üçün izn istədiyində ona mane olmayın.

75. Bir müsəlman ALLAH rızası üçün ailəsinə , uşağına pul xərcləyərsə, bu həmin müsəlman üçün sədəqədir.

76. Mən yetimlə və yetimə baxan kimsəylə Cənnətdə belə olacağam. Peyğəmbərimiz (s.ə.s) şəhadət və orta barmağını bir-birinə birləşdirərək göstərmişdir.

77. İmam FATİHƏDƏN sonra “AMİN” dediyi zaman siz də “amin” deyin. Əgər hər kimin “amin” deməsi mələklərin amin deməsi ilə üst-üstə düşərsə onun keçmiş günahları bağışlanar.

78. Oruclu bir adam yalan və yalançılıqla iş görməkdən əl çəkməzsə ac qalmasın.

79. Doğru söz yaxşılığa aparar. Yaxşılıq isə cənnətə aparır.

80. Ağlı başında olan mömin bir ilanın dəliyindən ikinci dəfə girməz (iki dəfə aldadılmaz). Kiçik böyüyə, yeriyən oturana, az da çoxa daha əvvəl salam verməlidir. 3 nəfər bir yerdə olduğu vaxt, 2-si o birisindən gizli danışmasınlar.

81. Evinizdəki yanan odu söndürdükdən və su qablarının ağızlarını bağladıqdan sonra yatağa girin.

82. Mən sizdən əvvəl gedib Cənnətdə KÖVSƏR hovuzunun başında (sizi) gözləyəcəyəm. Qüvvətli mömin, zəif mömindən daha xeyirli və ALLAH qatında daha sevimlidir. Eyni zamanda bütün möminlərə də xeyri vardır.

83. (BİR MÜSƏLMANA) zərər verənə ALLAH da zərər, kömək edənə ALLAH da kömək edər. Sənə fayda verən işlərlə işlə. ALLAHdan kömək istə və acizlik göstərmə.

84. Siz düşmənlə qarşılaşmağı arzu etməyin: qarşılaşdığınız zaman da səbr və müqavimət göstərin.

85. Xəstələnmədən əvvəl səhhətinin qiymətini bil.

86. Bir məclisə gələndə heç kimi qaldırıb onun yerində oturmayın. Toplantıya (məclisə) biri gələndə ona yer verin.

87. İman 60 hissədir. Həya da imandan 1 bölümdür.

88. Mənim ümmətim qiyamət günündə dəstəmaz nurundan üzləri, əl və ayaqları parlaq olduğu halda çağrılırlar.

89. Yetkinlik çağına çatmış 3 uşağı ölən hər hansı bir müsəlman ALLAH uşaqlara qarşı göstərdiyi şəfqətinə görə cənnətə göndərər.

90. Əgər ALLAHın mərhəmətini gözləsən, xanımının ağzına verdiyin bir tikədən belə savab qazanarsan.

91. Hər kim xalqın malını ödəmək niyyətilə borca girsə, o kimsəyə borcunu ödəməyi ALLAH asanlaşdırar. Kim lazımsız yerə, bol-bol xərcləmək üçün borc alarsa, ALLAH borc aldığı malın bərəkətini verməz.

92. İlan yuvasında toplandığı kimi əhli iman (iman əhli) da MƏDİNƏDƏ toplanar.


Tarix: 26.04.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1245 Bölmə: Hedisler
loading...