Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Buxari hədis kitabından seçmə hədislər (I hissə)

1.Peyğəmbər (s.ə.s) demişdir: "Əməllər niyyətlərə görədir. Hər kəsə öz niyyətinə görə mükafat (savab) veriləcək. Ona görə də kim ki dünyəvi xeyir və ya qadın üçün hicrət edərsə, onda onun hicrəti niyyətində olduğu şeyə görədir". (Kitabul Vəhy)
2.Cərir bin Abdullah rəvayət etmişdir: "Mən Allahın Peyğəmbərinə namazları mükəmməl yerinə yetirməyi, müntəzəm olaraq zəkat verməyi və bütün müsəlmanlara yaxşı məsləhət verməyi söz verdim" (Namazın vaxtları kitabı)

3.Əl-Bəra rəvayət etmişdir: "Mən Peyğəmbərin (s.ə.s) xütbə verərkən belə dediyini eşitdim: "İdul Ədhanın ilk günündə edilən şey namazdır. Namazdan qayıdandan sonra biz Allahın adına qurbanlıq kəsirik və bunu edən kəs bizim sünnəmizə uyğun etmişdir" (İki Bayram kitabı)

4.Nafi rəvayət edir ki, İbn Ömər mücahidin dediyinə bənzər bir söz dedi: "Müsəlmanlar və kafirlər döyüşdə üz-üzə qalarlarsa, müsəlmanlar ayaq üstə dayanaraq namaz qıla bilərlər”. İbn Ömər həmçinin əlavə etdi: "Peyğəmbər (s.ə.s) demişdir: "Əgər kafirlərin sayı müsəlmanların sayından çoxdursa, onda onlar ayaq üstə dayanaraq və ya gedə-gedə ayrıca namaz qıla bilərlər" (Qorxu namazı kitabı)

5.Peyğəmbər (s.ə.s) demişdir: "Cümə namazına gələn qüsl almalıdır" (Bu qüsl fərz deyil, lakin çox məsləhətlidir) (Kitabul Cümə)

6.Peyğəmbər (s.ə.s) demişdir: "İmam tamamilə tabe olunmalıdır. Əgər təkbir eləsə, siz də təkbir edin. Əgər rüku edərsə, siz də edin. Əgər başını qaldırarsa, siz də qaldırın. O, "Səmi Allahu limən həmidəh deyərsə, siz Rabbənə və ləkəl həmd deyin və səcdə edərsə, siz də səcdə edin" (Namazın xüsusiyyətləri kitabı)

7.Ənəs (r.a) rəvayət etmişdir: "Bilal Azanın sözlərini iki dəfə təkrarlamağa və iqamədə isə Qad qamətis salət sözündən başqa digər sözləri bir dəfə deməyə əmr olundu" (Kitabul Azan)

8.Səhl bin Səd rəvayət etmişdir: "Peyğəmbərlə (s.ə.s) sutrənin arasındakı məsafə bir qoyun keçə biləcək qədər idi". (Kitabul Namaz)

9.Əbu Cuhəym əl-Ənsəri rəvayət edir ki, Peyğəmbər (s.ə.s) Bir Camal tərəfdən gəlirdi. "Bir kişi onu qarşıladı və salam verdi. Lakin o, təyəmmüm almayana qədər ona salamı qaytarmadı. Yalnız Təyəmmüm etdikdən sonra salamını qaytardı" (Kitabul Təyəmmüm)

10.Peyğəmbər (s.ə.s) demişdir: "İslam aşağıdakı əsaslardan ibarətdir:
1) Şəhadət gətirmək ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və Muhəmməd Onun rəsuludur.
2) Vacib namazları yerinə yetirmək
3) Zəkat vermək
4) Həcci yerinə yetirmək
5) Ramazan ayı boyunca oruc tutmaq”. (Kitabul İman)


Tarix: 26.04.2013 / 21:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Hedisler
loading...