Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Səhih Qüdsi hədislər (Qiyamət gününün bəzilərinə günün bir saat qədər qısa olması)

Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Siz Qiyamət günü bir yerə toplanacaqsınız. Belə deyiləcək: «Bu ümmətin kasıb və miskinləri hardadır?» Onlar ayağa qalxacaqlar və onlara deyiləcək: «Nə etdiniz?» Onlar deyəcəklər: «Ey Rəbbimiz! Sən bizi sınağa çəkdin, biz də səbr etdik. Sən var-dövləti və hakimiyyəti başqalarına verdin». Allah deyəcək: «Doğru dediniz!» Onlar (bütün) insanlardan qabaq Cənnətə daxil olacaqlar. Var-dövlət və hakimiyyət sahibi olub şiddətli sorğu-sual olunanlar isə qalacaqlar. Səhabələr Peyğəmbərdən  soruşdular: «O gün möminlər harada olacaqlar?» O buyurdu: «Onlar üçün nurdan kürsülər qoyulacaq və buludlar onların üstünə kölgə salacaq. O gün möminlərə günün bir saatı qədər qısa olacaq».

(İbn Hibban 7419; Məcməuz-Zəvaid 18350. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 3187, 3590) həsən adlandırmışdır.)


Tarix: 23.04.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Hedisler
loading...