Malik ibn Sasaə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) gecə səfəri haqqında (bunları) danışmışdır: «Mən Hatimdə(1)(və ya Hicrədə) uzanmış ikən bir nəfər(2)yanıma gəldi və (bədənimi) buradan bura kimi(3)yarıb qəlbimi çıxartdı. Sonra yanıma içi imanla dolu olan qızıl ləyən gətirdilər. Qəlbimi (Zəmzəm suyu ilə) yuduqdan sonra onu (imanla) doldurdular. Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan, ağ rəngli bir heyvan gətirdilər». (Carud dedi: «Ey Əbu Həmzə, bu, Buraq idimi?» Ənəs dedi: «Bəli, o, addımını insanın gördüyü son nöqtəyə qoyurdu». Peyğəmbər davam edib dedi:) «Mən heyvana mindikdən sonra Cəbrail məni özü ilə apardı. Nəhayət, dünya səmasına gəlib çatdıqda, o, qapının açılmasını xahiş etdi. (Gözətçilər): «Kimdir o?» - deyə soruşdular. O: «Cəbraildir!» - dedi. Onlar: «Yanındakı kimdir?» - deyə soruşdular. O: «Məhəmməddir!» - dedi. Onlar soruşdular: «Onu çağırıblarmı?» Cəbrail: «Bəli!» - dedi. Onlar dedilər: «Xoş gəlib, səfa gətirib! O nə gözəl ziyarətçidir!» Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) Adəmi gördüm. (Cəbrail): «Bu, atan Adəmdir, salam ver ona!» - dedi, mən də ona salam verdim. O, mənim salamımı aldı və dedi: «Xoş gəlmisən, ey əməlisaleh oğul və əməlisaleh peyğəmbər!» Sonra biz ikinci səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): «Kimdir o?» - deyə soruşdular. O: «Cəbraildir!» - dedi. Onlar: «Yanındakı kimdir?» - deyə soruşdular. O: «Muhəmməddir!» - dedi. Onlar soruşdular: «Onu çağırıblarmı?» Cəbrail: «Bəli!» - dedi. Onlar dedilər: «Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!» Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) xalauşaqlarını – Yəhyanı və İsanı gördüm. (Cəbrail): «Bu, Yəhya və İsadır, salam ver onlara!» - dedi, mən də onlara salam verdim. Onlar mənim salamımı aldıqdan sonra dedilər: «Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!» Sonra biz üçüncü səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): «Kimdir o?» - deyə soruşdular. O: «Cəbraildir!» - dedi. Onlar: «Yanındakı kimdir?» - deyə soruşdular. O: «Muhəmməddir!» - dedi. Onlar soruşdular: «Onu çağırıblarmı?» Cəbrail: «Bəli!» - dedi. Onlar dedilər: «Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!» Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) Yusufu gördüm. (Cəbrail): «Bu, Yusufdur, salam ver ona!» - dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: «Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!» Sonra biz dördüncü səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): «Kimdir o?» - deyə soruşdular. O: «Cəbraildir!» - dedi. Onlar: «Yanındakı kimdir?» - deyə soruşdular. O: «Muhəmməddir!» - dedi. Onlar soruşdular: «Onu çağırıblarmı?» Cəbrail: «Bəli!» - dedi. Onlar dedilər: «Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!» Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) İdrisi gördüm. (Cəbrail): «Bu, İdrisdir, salam ver ona!» - dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: «Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!» Sonra biz beşinci səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): «Kimdir o?» - deyə soruşdular. O: «Cəbraildir!» - dedi. Onlar: «Yanındakı kimdir?» - deyə soruşdular. O: «Muhəmməddir!» - dedi. Onlar soruşdular: «Onu çağırıblarmı?» Cəbrail: «Bəli!» - dedi. Onlar dedilər: «Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!» (Sonra qapılar açıldı.) Mən içəri keçdikdə (orada) Harunu gördüm. (Cəbrail): «Bu, Harundur, salam ver ona!» - dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: «Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!» Sonra biz altıncı səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): «Kimdir o?» - deyə soruşdular. O: «Cəbraildir!» - dedi. Onlar: «Yanındakı kimdir?» - deyə soruşdular. O: «Muhəmməddir!» - dedi. Onlar soruşdular: «Onu çağırıblarmı?» Cəbrail: «Bəli!» - dedi. Onlar dedilər: «Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!» (Sonra qapılar açıldı.) Mən içəri keçdikdə (orada) Musanı gördüm. (Cəbrail): «Bu, Musadır, salam ver ona!» - dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: «Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!» Mən onun yanından keçib getdikdə o ağladı. Ondan: «Nə üçün ağlayırsan?» - deyə soruşdular. Musa dedi: «Məndən sonra göndərilmiş bu cavan oğlanın ümmətindən Cənnətə daxil olanların sayı, mənim ümmətimdən ora daxil olanların sayından qat-qat artıq olacaq». Sonra biz yeddinci səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi. (Gözətçilər): «Kimdir o?» - deyə soruşdular. O: «Cəbraildir!» - dedi. Onlar: «Yanındakı kimdir?» - deyə soruşdular. O: «Muhəmməddir!» - dedi. Onlar soruşdular: «Onu çağırıblarmı?» Cəbrail: «Bəli!» - dedi. Onlar dedilər: «Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!» (Sonra qapılar açıldı.) Mən içəri keçdikdə (orada) İbrahimi gördüm. (Cəbrail): «Bu, atan İbrahimdir, salam ver ona!» - dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: «Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!» Sonra mənə son həddəki Sidr(4)ağacını göstərdilər. Onun meyvələri Həcər (məmləkətində) düzəldilən saxsı səhənglərə bənzəyirdi, yarpaqları da fil qulaqları boyda idi. (Cəbrail): «Bu, Sidrətul-Muntəhadır» - dedi. Bu ağacın dibindən dörd çay axırdı. Bu çaylardan ikisi altdan, ikisi də üstdən axırdı. Mən soruşdum. «Bu nə çaylardır, ey Cəbrail?» Dedi: «Altdakı çaylar Cənnətdən axır. Üstdəki çaylar isə Nil və Furat çaylarıdır». Sonra mənə Beytul-Məmuru(5)göstərdilər.(6)Sonra mənə bir qab şərab, bir qab süd və bir qab bal gətirdilər. Mən südü götürdüm. Onda (Cəbrail) dedi: «Budur fitrət, sən və sənin ümmətin (fitrət) üzərindədir(Yəni Tövhidə meylli.)Sonra mənə gündəlik olaraq əlli (vaxt) namaz qılmaq vacib buyruldu. Mən geri qayıtdım və Musanın yanına gəlib çatdıqda, o (məndən): «Sənə nə əmr edildi?» - deyə soruşdu. Dedim: «Mənə gündəlik əlli vaxt namaz qılmaq vacib buyuruldu». Musa dedi: «Sənin ümmətin gündəlik olaraq əlli (vaxt) namazı qıla bilməyəcək. Vallahi ki, mən səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan (bu hökmü) yüngülləşdirməyi xahiş et!» Mən Allahın yanına qayıdıb (Ona yalvardım) və O, vacib namazların sayını qırxa endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Sonra mən Allahın yanına qayıtdım və Allah vacib namazların sayını otuza endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Mən bir də (Allahın) yanına qayıtdım və Allah vacib namazların sayını iyirmiyə endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Mən bir daha Allahın yanına qayıtdım və mənə gündəlik olaraq on vaxt namaz qılmaq vacib buyruldu. Sonra mən (Musanın yanına) qayıtdım və o, (əvvəlcə) dediklərini bir də (mənə) təkrar söylədi. Mən (axırıncı kərə Allahın) yanına qayıtdım və mənə gündəlik olaraq beş vaxt namaz qılmaq vacib buyruldu. Sonra mən Musanın yanına qayıtdım və o, məndən: «Sənə nə əmr edildi?» - deyə soruşdu. Dedim: «Mənə gündəlik olaraq beş vaxt namaz qılmaq əmr olundu». Musa dedi: «Sənin ümmətin gündəlik olaraq beş (vaxt) namazı qıla bilməyəcək. Mən səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan ümmətin üçün (bu hökmü) yüngülləşdirməyi xahiş et!» Dedim: «Mən Rəbbimdən (yetərincə) istədim, artıq (nə isə istəməyə) üzüm gəlmir. Lakin mən (bu hökmlə) razıyam və buna boyun əyirəm». Mən çıxıb getdikdə belə bir səda gəldi: «Mən əzəldən yazdığım hökmü vacib buyurdum, (sonra da) qullarımın yükünü yüngülləşdirdim » (7)
[size=medium]Digər rəvayətlərdə aşağıdakı əlavələr vardır: «…(Göy qapıları) açıldıqda biz yaxın göyün üstünə qalxdıq və orada oturmuş bir adam gördük ki, onun sağ və sol tərəfində (insanlardan ibarət) toplumlar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O, (məni görüb) dedi: «Əməlisaleh peyğəmbər və əməlisaleh oğul xoş gəlibdir!» Mən Cəbraildən: «Bu kimdir?» - deyə soruşdum. Dedi: «Bu Adəmdir, onun sağında və solunda olan toplumlar zürriyyətinin ruhlarıdır. Sağında duranlar Cənnət əhli, solunda duranlar isə Cəhənnəm əhlidir. (Buna görə də) sağına baxanda gülür, soluna baxanda ağlayır…».
(Burada xışıltı deyildikdə Allahın buyruqlarını yazan mələklərin qələmlərinin xışıltısı qəsd edilir.)
«…Sonra (Cəbrail) mənimlə elə bir yüksəkliyə qalxdı ki, mən qələmlərin xışıltısını eşitdim».
(əl-Buxari 8. Kitəbus-Salət 1. (336, 342, 349).
«…Sonra (Cəbrail) məni son həddəki Sidr ağacının yanına apardı. Onun rəngləri vəsfəgəlməzdir. Sonra məni Cənnətə daxil etdilər. Orada mən incilər düzülmüş boyunbağılar, habelə (Cənnət) torpağının müşk olduğunu gördüm»
(əl-Buxari 8. Kitəbus-Salət 1. (336, 342, 349)
(1)Bu, Kəbəyə bitişik yarımdairə şəklində hörülmüş, hündür olmayan divarla Kəbənin arasındakı yerdir. Buy er Hicr və ya Hatim adlanır.
(2)Yəni Cəbrail
(3)Ravi demişdir: «Mən Caruddan soruşdum: «O: «burdan bura kimi» deyəndə nə qəsd edirdi?» Dedi: «Boğazından və ya köksündən qarnının alt nahiyəsinə qədər».
(4)(Sidrətul-Muntəha: Son hüdud şanaqülləsi. Yeddinci göydə bitən ağac. O, bu adını ona görə alıb ki, yerdən gedən və Allahdan nazil olan hər nə varsa, ona qədər gedib çatır.)
(5)Bu ev yeddinci səmada bilavasitə Kəbənin üstündə yerləşən məbəddir. Hər gün onu yetmiş min mələk ziyarət edir və bir daha ora qayıtmırlar.
(6)Digər rəvayətdə deyilir: «Mən Cəbraildən onun barəsində soruşdum. Dedi: «Bu Beytul-Məmurdur. Hər gün onun içində yetmiş min mələk namaz qılır, sonra oradan çıxır və bir daha ora qayıtmır».
(7)Digər hədisdə bu cümlənin tamamı belə rəvayət edilmişdir: «Odur ki, yaxşı əməlin əvəzini on qat verəcəyəm». Yəni hər bir müsəlman beş vaxt namaz qılmaqla əlli namazın savabını qazanır.
əl-Buxari 63. Kitəbi Mənaqibul-Ənsar 42 (3598, 3674, 3887); Muslim 259/ 162 (234, 429).[/size]
Tarix: 24.04.2013 / 22:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 354 Bölmə: Hedisler