Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər(İnsanın ana bətnində ikən qədəri yazılır)

Abdullah ibn Məsud (r.a) doğru danışan və doğruluğu təsdiq olunan Allah Elçisinin (s.a.v) bizə belə buyurduğunu rəvayət edir: «Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: «Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!» Nəfsim əlində olan Allaha and olsun ki, həqiqətən sizdən biriniz Cənnət əhlinin əməlini edər, nəhayət, onunla Cənnət arasında bir qarış (məsafə) qaldıqda, Kitab (qədər) onun önünə keçər. O da Cəhənnəm əhlinin əməlini edib ora girər. Həqiqətən, sizdən biriniz Cəhənnəm əhlinin əməlini edər, nəhayət, onunla Cəhənnəm arasında bir qarış (məsafə) qaldıqda, Kitab onun önünə keçər. O da Cənnət əhlinin əməlini edib ora girər».

(İbn Macə 76, 80; əl-Buxari 59. Kitəbul-Bədil-Xalq 6 (2969,3208)


Tarix: 25.04.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Hedisler
loading...