• Şəddad ibn Əvs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İstiğfar dualarının ən üstünü, bu şəkildə dua etməndir: “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq heç bir məbud yoxdur. Məni sən yaratdın. Mən sənin qulunam və gücüm yetdiyi ölçüdə sənə verdiyim söz və vədin üzərində dururam. Etdiyim pis şeylərin şərindən sənə sığınıram. Mənə ehsan etdiyin nemətləri iqrar, günahımı etiraf edirəm. Məni bağışla. Çünki, günahları ancaq Sən bağışlayırsan”. Kim bu duanı ixlasla və fəzilətinə inanaraq gündüz oxuduqdan sonra o gün axşam olmadan ölərsə cənnətlik olar. Kim də ixlasla və fəzilətinə inanaraq gecə oxuduqdan sonra səhər olmadan ölərsə o da cənnətlikdir”. (Buxari, Kitabud-Dəavat, c. VII, səh. 145).
• Ayişə (r.anha) gələn bir rəvayətə görə, Allah Rəsulu (s.ə.s), vəfatından öncə: “Allahım! Səni nöqsan sifətlərdən tənzih edər, Sənə həmd edirəm; Səndən əfv və məğfirət dilər, Sənə tövbə edirəm.” Duasını təkrarlamağı adət etmişdi. (Riyazus-Salihin, c. IIİ, səh. 392).
• Peyğəmbərimiz (s.ə.s) də, gündə yetmiş səfər istiğfar edərdi. (ət-Tac, c. V, səh. 147).
• Abdullah ibn Abbas (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim günahdan tövbə ilə istiğfara davam edərsə, Allah, o kimsəni hər darlıq və sıxıntıdan xilas edər, hər qəm və kədərdən azad qılar, onu heç ummadığı yerdən riziqləndirər” (Əbu Davud, Kitabus-Salat, c.II, səh. 179)
• Əbu Musa əl-Əşaridən (r.a): Allah Rəsulu (s.ə.s): “Ey insanlar! Canınıza yazığınız gəlsin, səsinizi yüksəltməyin. Şübhəsiz siz nə bir karı çağırır, nə də olmayan bir adamı çağırırsınız. Dua etdiyiniz Allah, şübhəsiz sizinlə bərabərdir. O sizə çox yaxındır, və sizi çox yaxşı eşidir” buyurdu. (Müslim, Kitabuz-Zəkat, c. IV, səh. 2076)
• Ənəs ibn Malikdən (r.a) gələn bir rəvayətdə, Allah Rəsulunun (s.ə.s) ən çox oxuduğu dua bu idi, deyilmişdir: “Ey Allahım! Bizə dünyada da axirətdə də gözəllik, yaxşılıq, səadət ver və bizi cəhənnəm əzabından qoru!” (Buxari, Kitabud-Daavat, c. VII, səh. 163; Müslim Ktiabuz-Zikr, c. IIİ, səh. 2069).
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: Günah işləyən heç bir kim yoxdur ki, gözəlcə dəstamaz alaraq iki rəkat namaz qıldıqdan sonra istiğfar etsin də Allah onu bağışlamamış olsun.
• Abdullah bin Busurdan (r.a) belə rəvayət edir: «Bir şəxs Allahı elçisinə (s.ə.s) dedi: «Ey Peyğəmbər, islam ayinləri o qədər çoxdur ki, hamısı yadda saxlaya bilmirəm. Mənə elə bir şey öyrət ki, mən ondan bərk yapışım». Peyğəmər (s.ə.s) buyurdu: «Qoy dilin Allahı zikr etməkdən qurumasın» «ət-Tirmizi, 5/458» «İbn Macə, 2/1246» «Həmç bax: ət-Tirmizi, dəqiq. nəşr, 3/139» «İbn Macə, dəqiq. nəşri, 2/317»
• Ən-Nümandan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Dua ibadətdir» «Səhih hədislər silsiləsi, 6/326»
• Salman əl-Farisnin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Sizin Rəbbiniz Həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmasından utanır» «Əbu-Davud, 1485-ci hədis»
Tarix: 26.04.2013 / 21:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 420 Bölmə: Hedisler