Ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə...Hər üç qadından ikisində mensturasiya (aybaşı) zamanı bu simptomlar müşahidə olunur. Çoxu bunu sadəcə naxoşluq adlandırır. Əslində isə tibbdə bu “alqomenoreya” (ağrılı menstruasiya) xəstəliyi adlanır. Alqomenoreya nəinki fiziki problemin olmasından, ciddi xəstəliklərdən də xəbər verə bilər.
Alqomenoreya (dismenoreya, alqodismenoreya) –geniş yayılmış xəstəlikdir. Belə ki, 14-45 yaş qadınların 60-70%-i arasında bu xəstəliyə rast gəlinir. Xüsusən yeniyetmələrdə ağrılı menstruasiya müşahidə olunur.Alqomenoreya 84%-də ürəkbulanma, 79%-də diareya, 23%-də başgicəllənmə, 13,5 %-də baş ağrıları, 16%-də isə ürəkgetmə ilə müşayət olunur. Adətən ağrılar menstruasiyaya 1-2 gün qalmış başlayır və mensturasiyanın 3-cü günü sakitləşir. Bəzi qadınlar bu günlərdə iş qabiliyyətini belə itirir. Alqomenoreya qadının fiziki, emosional və psixi vəziyyətinə mənfi təsir göstərir.
aybaşı,alqomenoreya,menstruasiya,gənc qızın problemləri
Alqomenoreyanın simptomları: qarının alt tərəfi və bel nayihədə sancılı ağrılar.
Ağrılı menstruasiya digər xəstəliklər kimi müalicə tələb edir. Lakin ilk olaraq onun növünü təyin etmək lazımdır.
Tibbdə 2 növ alqomenoreya var:
-birinci
-ikinci
Birinci alqomenoreya sinir sistemi və qadin cinsi orqanlarının anatomik xüsusiyyətlərinə əsasən ağrılı menstruasiyaya səbəb olur. Yaxşı inkişaf etməmiş uşaqlıq (matka), onun düzgün yerləşməməsi və s. bu kimi problemlər ağrılara gətirib çıxarır. Bu səbəblər uşaqlıqdan menstrual ifrazatınaxmasına əngəl yaradır.
Əgər ağrı mütəmadi yox, periodik baş verirsə, o zaman ağrı yaradan faktorlara diqqət yetirmək lazımdır. Psixoloji travmalar, fiziki işin çoxluğu, yorğunluq və digər psixoloji və ya əsəb pozğunluğu ağrılara səbəb ola bilir. 40-50% qadınlarda ağrının azalması genetik xarakter daşıyır.
İkinci alqomenoreya iltihabi proseslərin və sidikyolu orqanlarının xəstəlikləri nəticəsində baş verir: endometrioz, şişlər, kista və s.
Endometrioz xəstəliyinə xüsusi diqqət yetirmək lazımdır: bu xəstəliyin əsas əlamətlərindən biri məhz ağrılı menstruasiyadır.
Endometrioz zamanı endometriya hüceyrələri onlara xas olmayan yerlərə çökür - yumurtahüceyrə, sidik kisəsi, böyrəklər. Hətta yeni yerlərdə əvvəlki funksiyalarını həyata keçirirlər. Buna görə də aybaşı zamanı şişir və qanayırlar, bu da güclü ağrıya səbəb olur.
Endometriozun geniş yayılmış simptomlarından biri də aybaşıdan sonra və ya ona qədər tünd-qəhvəyi ifrazatın olmasıdır.
Endometrioza səbəb ağır fiziki iş, stress, günəş vannalarının həddən artıq qəbulu və solyari ola bilər. Bu xəstəliyi gizli infeksiya adlandırılan “xlamidioz” kimi 21-ci əsrin epidemiyası adlandırırlar.
Ağrılı menstruasiyanın səbəbini düzgün müəyyənləşdirmək üçün nəinki ginekoloqa, endokrinoloqo da müraciət etməniz şərtdir. Əsas müayinələr aşağıdakılardan aparılmalıdır:
-gizli infeksiyalardan (xlamidioz, trixomoniaz) analiz
-qanın biokimyəvi analizi
-bakterioloji əkmə
-hormonal yoxlanma
aybaşı (qadın xəstəliyiGinekoloq müayinə zamanı uşaqlığın ölçüsünü və yerləşməsini müəyyənləşdirməli, daxili cinsi orqanlarda anatomik dəyişiklikləri təyin etməlidir. Alqomenoreyanın səbəbini bildikdən sonra müalicəyə başlamaq olar. Əgər səbəb hər hansı iltihabi xəstəlikdirsə, ilk növbədə mütləq onu müalicə etmək lazımdır. Artıq sübut olunub ki, yuxusuzluq, yorğunluq, stress, siqaretçəkmə, qəhvə çox içmə menstruasiya zamanı ağrılara səbəb olur.
Əgər ciddi problem yoxdursa, o zaman düzgün qidalanma, sağlam həyat tərzi, stressdən uzaq olma problemi aradan qaldıracaq.
Ağrını aradan qaldırmaq üçün ağrıkəsicilər istifadə olunur (parasetamol, noşpa, analgin, sedalgin, papverin, baralgin, spazqan, ketorol). Oral kontraseptik vasitələrin qəbulu da ağrıları azaldır.
Həmçinin xalq təbabətinə də müraciət edə bilərsiniz:
-ayaqlara və qarnınıza isti quru dəsmal qoyun (bunu isti qum dolu torba ilə əvəz etmək olar).
- qarının aşağısına isti kompress edin.
Otlar:
Yabanı qatırquyruğu – 1 xörək qaşığı bitkini 2 stəkan qaynar suda dəmləyin. Kəskin ağrılar zamanı hər iki saatdan bir 1 xörək qaşığı qəbul etmək olar.
Boğazotu – 3-5 boğazotu kökünü 10 stəkan qaynar suda dəmləyin. Gündə 2 dəfə yarım stəkan olmaqla qəbul edin.
Başınağacı kökü – 4 çay qaşığı xırdalanmış kökləri 1 stəkan su ilə 30 dəqiqə qaynadın. Süzün və ilkin vəziyyətdəki qədər su əlavə edin (ümumi 1 stəkan olmaqla). Gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin.
Bundan başqa özünüz bildiyiniz bitkilərdən də istifadə edə bilərsiniz (çobanyastığı və ya nanə dəmləməsi).Sizə həmçinin aybaşı problemləri haqqında oxumağı daməsləhət görürük.
Yadda saxlayın ki, həkimə vaxtında müraciət bir çox ciddi xəstəliklərin qarşısını ala bilər. Çünki sağlamlığınız hər şeydən irəlidir.
Tarix: 26.11.2014 / 15:52 Müəllif: Aziza Baxılıb: 336 Bölmə: Ginekoloq Meslehetleri