Psixiatorlar dırnaq yemə probleminin düşünüldüyündən daha ciddi bir problem olduğunu açıqlayıblar.
Dırnaq yemənin insandakı sıxıntıdan xəbər verdiyini vurğulayan mütəxəssislər “dırnaq yemə insanların həyat keyfiyyətini aşağı salan bir çox narahatlığın əlaməti ola bilər’’ fikrini irəli sürüb. İnsanlarda dırnaq yemə alışqanlığının hansısa sıxıntının əlaməti olduğunu söyləyən psixiatorlar özünə güvənin olmaması və keçmişdə alçaldılmaya məruz qalma kimi səbəblərin bu vərdişə gətirib çıxardığını bildirib. İnsanların dırnaq yemə vərdişindən xilas olması üçün acı dodaq boyası ya da taxılma dırnaq kimi yollara əl atıldığını xatırladan mütəxəssislər “dırnaq yemə kiçik bir sıxıntıdan psixoz xəstəliyinə qədər bir çox xəstəliyin əlaməti sayıla bilər. Qardaşını qısqanmaq və yalnızlıq hissi bu problemin ən önəmli başlanğıc nöqtəsi ola bilər’’ deyib.
Tarix: 20.11.2012 / 05:11 Müəllif: [Ram] Baxılıb: 916 Bölmə: Ginekoloq Meslehetleri