Aybaşılarla bağlı qadınlar müxtəlif problemlərlə — ağrı, güclü qanaxma, aybaşının gecikməsi və s. ilə üzləşə bilərlər.
Qadınlarda 6 ay ərzində aybaşının kəsilməsi amenoreya adlanır. Amenoreya 16 yaşa qədər, klimaks və döşlə əmizdirmə dövründə fizioloji sayılır. Əgər amenoreya bədən çəkisinin kəskin azalması, ciddi xəstəlik, qidalanmanın pozulması, həddən artıq məşqlər və stress fonunda baş verərsə, bu patologiya sayılır.
qanaxmadır. Bəzən aybaşı menorragiyaya keçə bilər. Yeniyetməlik və preklimakterik dövründə tez-tez hormonların disbalansı (balansın pozulması) baş verir ki, bu da aybaşı tsiklinin pozulmasına və uşaqlıq qanaxmalarına səbəb olur. Uşaqlıq qanaxmaları həmçinin fertil yaşlarda da rast gələ bilər və bunun da səbəbi uşaqlığın fibromioması (şişi) və poliplərdir. Belə qanaxmaların müalicəsi fərdi, yəni hər bir konkret halda onun səbəbi aşkar ediləndən sonra aparılmalıdır. Uşaqlıq qanaxmalarının nəticəsi olan həyati təhlükə törədən anemiya (qanazlığı) əmələ gələrsə, dərhal həkimə müraciət etmək lazımdır.
ilk günlərində ağrının olması normal sayılır. Əgər ağrılar intensiv, daimi deyilsə, qısamüddətlidirsə, onda həyəcana heç bir səbəb yoxdur. Əgər ağrılar həddən artıqdırsa və ürəkbulanmasına səbəb olursa, onda ağrıkəsici preparatlar qəbul etmək, səbəbi aşkara çıxarmaq və adekvat müalicə təyin etmək lazımdır. Bunu ancaq həkim etməlidir.
Qadınları həmçinin aybaşı ilə əlaqədar olan premenstrual sindrom narahat edir. Aybaşıya 2 həftə qalmış qadını aşağıda qeyd edilənlər narahat edir:
Aybaşı zamanı gigiyena qaydaları yoluxma riskinə görə arzuolunmazdır.
Bezlərdən istifadə etməyi hər qadın özü həll edir.
Hopduran tamponlardan istifadə etməyin. Tamponların çox gec dəyişdirilməsi toksiki şok sindromuna (TŞS) səbəb ola bilər. TŞS çox az rast gələn, lakin ölümə səbəb olan xəstəlikdir. 30 yaşa qədər olan qadınlar, xüsusilə yeniyetmələr TŞS görə risk qrupuna daxildirlər. Pambıq və ya viskoza tamponlardan istifadə edən qadınlarda TŞS bezdən istifadə edən qadınlara nisbətən daha tez-tez baş verir.
(aşağıya baxın);
olarsa, dərhal həkimə müraciət edin:
Tarix: 20.11.2012 / 05:50 Müəllif: [Ram] Baxılıb: 2269 Bölmə: Ginekoloq Meslehetleri