Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menstruasiya haqqında bilinən səhvlər

Menstruasiya dövrü ilə əlaqədar ağızdan-ağıza yayılan məlumatlar zamanla doğru kimi qəbul edilir. Lakin menstruasiya dövrləri fərqli xüsusiyyətlər daşıyan dövrdür. Menstruasiya dövrüylə əlaqədar bir çox mif vardır.

Menstruasiya dövründə idman etmək olarmı?

Menstruasiya dövründə hər cür idmanla məşğul ola bilərsiniz. Menstruasiya dövründə edilən fiziki məşqlər ağrını sakitləşdirə bilir, hətta bəzən idman uşaqlığın ağrılı sıxılmalarını belə rahatlaşdırır. Bu səbəblə menstruasiya dövründə idman etmək təhlükəli deyil.

Menstruasiya sancıları doğumdan sonra keçə bilərmi?

Bəzi qadınlarda hamiləlik və əmizdirmə əsnasında dəyişən hormonlar ucbatından menstruasiya sancıları hamiləlikdən dərhal sonrakı dövrdə azala bilər. Hamiləlik və uşağın sayı artdıqca menstruasiya sancılarının azalma ehtimalı da artır. Ancaq endometriozla bağlı menstruasiya ağrıları olan xanımlarda bir müddət sonra menstruasiya ağrıları yenə köhnə səviyyəsinə geri dönə bilər. Bu vəziyyətdə endometrioz xəstəliyinin diaqnozu üçün laparoskopik müayinədən keçmək lazımdır.


Menstruasiya dövründə hamilə qalmaq olarmı?

Ümumiyyətlə, yumurtlama dövrü menstruasiyanın birinci günündən etibarən 10-18 gün sonradır. Lakin nadir də olsa, daha erkən yumurtlamalar ola bilər. Bu səbəblə menstruasiya tam bitməmiş olsa da cinsi əlaqə hamiləliklə nəticələnə bilər.

Menstruasiya qadının ovulyasiya (yumurtlama) keçirdiyinə sübutdur!

Belə bir şey söz mövzusu deyil. Əgər qadınlarda ovulyasiya (yumurtlama) olmursa belə, hormonal dalğalanmaların nəticəsi olaraq nizamlı menstruasiya ola bilər. Eyni zamanda nizamlı menstruasiya olmağın səbəbi orqanizmdən atılan qanlar ola bilər. Nəticə olaraq bir qandının nizamlı menstruasiya olması onun ovulyasiya dövrünə girdiyi mənasını verməz.


Qadınlar hər menstruasiya dövründə birdən çox yumurtlama dövrü keçirə bilərlər

Yumurtlama hər menstruasiya dövründə yalnız bir dəfə olur. Ovulyasiyanın ikinci dəfə olma ehtimalı haradasa qeyri-mümkündür. Birdən çox yumurtlamanın yetkinləşdiyi hallarda, yumurtalar bir-birlərini 24 saat içində buraxır. Amma yuxarıda da ifadə etdiyimiz kimi, bu, demək olar ki, qeyri-mümkündür. Yəni hər qadının hər ay yalnız bir ovulyasiya dövrü vardır. Və hamilə qalmaq üçün bu tarixin bilinməsi lazımdır.

Hər qadının ovulyasiya tarixi (yumurtlama tarixi) menstruasiya tarixinin 14-cü günüdür

Başqa bir yanlış məlumat olan "Hər qadın 28 gün menstruasiya dövrü keçirir" əfsanəsi sayəsində belə bir düşüncə meydana gəlmişdir. Hər iki məlumat da səhvdir. Nə hər qadınının menstruasiya dövrü 28 gündür, nə də hər qadının yumurtlama tarixi menstruasiya dövrünün 14-cü günüdür. Qadınlarda menstruasiya dövrü 24-35 gün arasında dəyişir (bəzi hallarda daha da uzun çəkə bilər). Qadınların böyük əksəriyyətində menstruasiya dövrünün 11-ci günü ilə 21-ci günü arasında bir gün yumurtlama olur.


Tarix: 22.11.2014 / 16:36 Müəllif: Aziza Baxılıb: 120 Bölmə: Ginekoloq Meslehetleri
loading...