Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamilə qalmazdan öncəki tədbirlər

Normal hamiləlik 9 ay çəkir, lakin siz sağlam övlad sahibi olmaq istəyirsinizsə bu müddətin 12 ay olduğunu hesab edin, bu zamana hamiləlikdən əvvəlki 3 ayda daxildir.

Bu o deməkdir ki, siz hamilə qalmaq istəyirsinizsə gərək:

1. Hamiləlik yoxlanışı üçün həkiminizə müraciət edin. Doğum riskləri, genetik xəstəliklər, irsi xəstəliklər və xroniki xəstəliklər haqqında soruşmağı unutmayın. Qəbul etdiyiniz butun dərmanlar haqqında məlumat verin və onların hamiləliyə ziyanının olub olmadığını öyrənin.

2. Yeməyinizə fikir verin, vitaminli və sağlam dietaya riayət edin və həmçinin hamiləlik periodunda istifadə üçün nəzərdə tutulmuş vitaminlərdən istifadə edin. Bu cür vitaminlərə prenatal vitaminlər deyilir. Bu fol turşusunun miqdarını nizamda saxlamaq üçün çox vacibdir. Bu cür qidalanma spina bufida kimi doğum qüsurlarının qarşısını almağa kömək edir ki, bu xəstəliklər hamiləliyin ilkin etapında özünü göstərir, siz fol turşusunun buraxıla bilən səviyyədə olduğuna diqqət yetirməlisiniz.

3. Əgər siz siqaret çəkirsinizsə, dayandırın. Siqaret bir çox anadan gəlmə defektlərə səbəb olur, həmçinin, uşağın az çəkili doğulmasına. Bu həmçinin ektopik (matkadan kənar) hamiləliyin riskini 2 dəfə artırır. Həmçinin siqaret çəkənlərdə hamilə qalmaq çətinləşir, siqaret hər iki tərəfin də sonsuzluğuna səbəb olur, necə ki kişilərin, eləcə də, qadınların.

4. Hepatit B və C testindən keçin, həmçinin cinsi yolla ötürülə biləcək infeksion xəstəliklərin müayinəsini edin. QİÇS-ə qarşı yoxlanın.

5. Diabet və yüksək qan təzyiqi kimi olan problemlərinizi kontrol altında saxlayın, əgər çəkiniz həddən artıq çoxdursa həkiminizlə danışın və çəkinizi sağlam həddə çatdırın


Tarix: 26.11.2014 / 15:38 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Ginekoloq Meslehetleri
loading...