Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menstruasiyanın gecikməsinin səbəbləri

Normal bir menstruasiya 21-35 gün məsafə ilə dəyişə bilər menstruasiyanın bir neçə gün fərqi ilə gecikməsi zamanı hər hansı bir problemdən danışmağa ehtiyac görülmür. Lakin menstruasiyanın gecikmə halları 35 gündən daha artıq hətta 2 -3 ay kimi uzun bir müddətə uzanarsa bu zaman menstruasiya gecikməsi problemindən danışmaq mümkündür.
Menstruasiyanın gecikməsi hansı səbəblərdən meydana gəlir ?
Bu problem meydana çıxan zaman ağıla gələn ilk səbəb qadının hamilə ola bilməsi ehtimalıdır. Menstruasiya gecikməsi problemi ilə üzləşən xanımların ilk olaraq hamilə olub olmamalarından əmin olmaq üçün mütləq həkim ginekoloq müayinəsində olmaları məsləhət görülür. Hamilə olmadıqda isə menstruasiyanın gecikmə səbəbləri aşağıdakı hallar ola bilər.
- Hormonal dəyişikliklər
- Yumurtalıqda yaranan problemlər
- Ağır fiziki və əqli gərginlik
- Həddən artıq zəiflik
- Qaydasız qidalanma
Həmçinin bax:


Tarix: 26.11.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Ginekoloq Meslehetleri
loading...