Ginekoloq Meslehetleri → Ekstrakorporal mayalanma
1978-ci ildə ilk qadın süni surətdə mayalandırılmışdır. Bunun nəticəsində qız uşağı doğulmuşdur. Bu yaxınlarda isə bu qız heç bir əlavə tibbi kömək olmadan, ana olmuşdur. 1978-ci ildən başlayaraq bütün dünyada EKM üsulu ilə 2 milyona yaxın uşaq doğulmuşdur.Ümumdünya tibbi statistik məlumatlara əsasən, EKM tətbiq edildikdən sonra orta hesabla 30-35% hallarda hamiləlik baş verir.
Əvvəllər EKM üsuluna uşaqlıq boruları olmadığı halda və ya onların keçiriciliyinin pozulmasını cərrahi yolla aradan qaldırmaq mümkün olmadıqda müraciət olunurdu. Ancaq bir müddət keçdikdən sonra bu üsulun nəticələri o qədər təsirli və diqqəti cəlb edən olmuşdur ki, EKM üsulundan praktiki olaraq sonsuzluğun bütün formalarında istifadə edilməyə başlanmışdır: Ardı »