Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menstrual siklin pozulması

Ağrılı menstruasiya alqomenoreya adlanır, onun requlyarlığının pozulması isə dismenoreya kimi terminləşdirilmişdir.Bu hallar tibbi təcrübədə daha çox gənc yaşlarda rast gəlinir.Menstruasiya zamanı əzələvi orqan olan uşaqlıq yığılır.Bütün bu orqanik prosesə prostoqlandinlər nəzarət edir. Uşaqlıq əzələlərinin spastik yığılmasınnın birincili səbəbi kimi prosroqlandinlərin normadan artıq sintez olunmasıdır.Ancaq bununla belə alqomenoreya və dismenoreyanın səbəbi mioma, endometrioz kimi sırf orqanik səbəblər də ola bilər.Qarın nahiyyəsinin davamlı spastik ağrılarından başqa qasıq, baş nahiyyələrində də şiddətli ağrılar müşahidə oluna bilər.Bu ürək-damar sistemi pozğunluqları, psixoloji narahatlıq və digər beyin əlamətləri ilə də müşayiət oluna bilər.

Bütün bu kimi kliniki halların medikamentoz müalicəsindən başqa sakitlik və rahatlıq mütləq şəkildə təmin olunmalıdır.Maqnezium və kalsium preparatları müsbət təsir gücünə sahibdirlər.Ağrılar zamanı boymadərən, çobanyastığı ekstraktları da effektiv sakitləşdirici tibbi əlavələr hesab oluna bilər.İlk növbədə ağrılar zamanı ağrıkəsici preparatlar təyin olunur, onların funksiyası prostoqlandinlərin sintezini azaldaraq spastik yığılmaların qarşısını almaqdan ibarətdir.Ancaq hər bir halda asılılıq yaranmaması üçün də onları mümkün qədər az istifadə etmək lazımdır.Bu halda spazmolitik preparatlar da sizin köməyinizə gələ bilər.Əgər sadəcə ev şəraitində bitki ekstraktları və ağrıkəsici preparatların köməkliyi ilə tez bir zamanda bu kimi ginekoloji halların səbəbi kimi yaranan ağrının qarşısı alına bilinmirsə mütləq həkimə müraciət etmək lazımdır.


Tarix: 26.11.2014 / 15:36 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Ginekoloq Meslehetleri
loading...