Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamilələrdə səhər ürək bulanmasının səbəbləri

Səhər ürəkbulanması nədir?

Səhər ürəkbulanması və ya hamiləlik ürəkbulanması hamilə qadınların 3/4-də rast gəlinir. Səhər ürəkbulanmasının əlamətləri intensivliyinə görə müxtəlif ola bilər, lakin, adətən ürəkbulanma və qaytarma buna aiddir.

Səhər ürəkbulanmasına nə səbəb olur?

Heç kim bilmir ki, səhər ürəkbulanmasına nə səbəb olur və bu heç də həmişə səhər baş vermir. Mütəxəssislər bir neçə faktor göstərirlər: bədəninizdə dəyişikliklərə səbəb olan oestroqenin yüksək səviyyəsindən stressli emosiyalara kimi. Bəziləri belə düşünür ki, qadınların bir çoxunda ürəkbulanmaya səbəb olan artmış qoxu hissi onların doğulmamış körpələrini təhlükə daşıyan yeməklərdən qorumaq üçün bioloji instikt səbəbindəndir.

Səhər ürəkbulanması körpəmə təsir edəcək?

Səhər ürəkbulanmasının sizi pis etməsinə baxmayaraq, əgər lazımi miqdarda qidalanır və içki qəbul edirsinizsə, bu sizin körpənizə təsir etməməlidir. Əgər yemək və mayeləri qəbul etməkdə çətinlik çəkirsinizsə, həkiminiz və ya səhiyyə işçinizlə məsləhətləşin.

Səhər ürəkbulanmaları nə qədər davam edəcək?

Bir çox analar üçün səhər ürəkbulanması 4-6-cı həftələrdə başlayır və birinci trimesterin sonunda bitir. Buna baxmayaraq, ürək bulanması hamiləlik zamanı hərdən baş verə bilər. Öyrəşmədiyiniz qoxular kimi adi şeylər ürək bulanmasına səbəb ola bilər, lakin analarda bu halın baş verməsi səbəbləri hər biri üçün fərqlidir.

Səhər ürəkbulanmasının müalicəsi varmı?
Səhər ürəkbulanması üçün müalicə yoxdur, lakin siz bəzi üsullardan istifadə edərək əlamətləri yüngülləşdirə bilərsiniz: Aşağıda səhər ürəkbulanmalarını yaxşılaşdırmaq üçün bəzi üsullar verilmişdir.
Gün ərzində mədəniz boş qalmasın deyə az miqdarda lakin tez-tez qidalanın. Hamiləlikdə ürəkbulanma ilə mübarizə aparmaq üçün yanınızda sağlam, yüngül qəlyanaltı saxlayın.
Yatağınızın yanında sadə, quru krekerlər və ya şirin biskvitlər saxlayın. Oyanan kimi birini yeyin və yerinizdən qalxmazdan əvvəl 20-30 dəqiqə uzanıb istirahət edin.
Yüksək protein və karbohidrat təşkil edən yeməklər yeyin - tosterdə yaxşı bişirilmiş yumurtalar səhər ürəkbulanmasını yaxşılaşdırmaq üçün əla yeməkdir.
Ürəkbulanmaya səbəb olan yemək və qoxulardan uzaq qalın.
Yağlı və istiotlu, turşulu və ya qızardılmış yeməklərdən çəkinin - çünki onlar həzmetmə sisteminin qıcıqlanmasına səbəb ola bilərlər.
Zəncəfil mədəni rahatlaşdırmaq üçün əlavə vasitədir. Çay və ya yeməyə zəncəfil əlavə etmək və ya biraz kürən pivəsi səpmək yardımçı ola bilər.
Çoxlu miqdarda maye qəbul etmək - su, şirə, süd, meyvə çayları.
Stressin səhər ürəkbulanmasına səbəb olaraq bildirilməsini nəzərə alaraq, istirahət etmək üçün vaxt ayırın. Əgər ürəyiniz bulanırsa, istirahət edin. Çalışın uzun müddətə oturmayasınız və ya ayaq üstə qalmayasınız. Biraz gəzin və çalışın hər gün biraz təmiz hava qəbul edəsiniz. Əgər işləyirsinizsə bu çətin ola bilər, lakin əgər hazır deyilsinizsə, fikirləşməyin ki, siz işə getməlisiniz.


Tarix: 22.11.2014 / 16:09 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Ginekoloq Meslehetleri
loading...