Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeysər kəsiyi

Amerikada aparılmış tədqiqat göstərib ki, qeysər kəsiyi vasitəsilə doğulan körpələrdə həyatlarının birinci ayı ərzində ölmək təhlükəsi az qala 3 dəfə çox olur.

5.7 milyon doğuş hallarının təhlilinə əsaslanan araşdırmanın nəticələri ələxüsus qeysər kəsiyilə doğmağa meylin artması şəraitində narahatedicidir. Məsələn, Britaniyada hər beş körpədən biri bu metodla dünyaya gəlir. Birth jurnalında dərc edilmiş tədqiqata səhhətlərində hər hansı ciddi nöqsan olmayan qadınıar daxil edilib.

Yüksək risk

hamilə qadın1998-2001-ci illərdə qeysər kəsiyilə doğulan hər min uşaqdan 1.77 vəfat edib. Normal doğuşlarda bu göstərici 0.62-dir. Bu elmi iş zamanı yalnız diri doğulmuş körpələr nəzərə alınıb. Alimlər hesab edirlər ki, doğuş prosesi körpələri bətndənkənar həyata hazırlaşdırmağa kömək edir.

Ağ ciyərlədən mayeni sıxışdırıb çıxarmaqla yanaşı, normal doğuş ciyərlərin sağlam funksionallığını təmin edən hormonların da istehsalına yarım edir. Professor Ceymz Uolker deyir ki, bu araşdırmanın nəticələrindən qadınlar həddən-ziyadə narahat olmamalıdırlar. Lakin bu haqda biliklərə malik olmaq vacibdir:

"Ümumi risk hələ də çox kiçikdir. Lakin insanlar bilməlidirlər ki, hər bir şeyin xeyri də ola bilər, zərəri də. Risk kiçikdir, amma adamlar ondan xəbərdar olsalar yaxşıdır."


Tarix: 26.11.2014 / 15:47 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Ginekoloq Meslehetleri
loading...