Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərvişlər

Dər­viş­lər hər za­man öz­lə­ri­ni Al­lah-taa­la, pey­ğəm­bər və əh­li-bey­tin məd­hiy­yə­çi­lə­ri sa­yıb­lar. «Dərviş öz evini çiynində gəzdirər» deyimi onların laməkan olmasına işarədir. Araşdırmalar göstərir ki, dər­viş­lik orta əsr­lər­də ya­yıl­ma­ğa baş­la­yıb. Di­yarbadi­yar gə­zən dər­viş­lər əsa­sən Al­la­hın şə­ni­nə, pey­ğəm­bə­ri­miz və onun əh­li-bey­ti­nin şə­rə­fi­nə qə­zəl­lər oxu­yub, mü­qəd­dəs­lə­ri təb­liğ edən mər­si­yə­lər de­yər­miş­lər.

İslam ölkələrinin çoxunda dərvişlik ayrıca təriqət hesab olunur. «Dərviş» fars sözü olub mənası qapı-qapı gəzən, sədəqə toplayan adam deməkdir. Amma əslində onlar sədəqə toplayan dilənçilər deyillər, dərvişlər tamam fərqli həyat və düşüncə tərzinə malik olublar.
«Dərviş» sözü zaman-zaman geniş coğrafi məkanda uzun müddət istifadə edilməsi səbəbiylə dəyişik və daha geniş mənalar qazanıb. Məsələn, dərvişliyin bir mənası yoxsulluq və könül zənginliyi olubsa, ikinci mənası faniliyi ifadə edib.
dərvişDərvişlər evlənməz, ailə həyatı qurmazdılar. Özlərini islamın, Allahın təbliğinə həsr edib şəhərbəşəhər, kəndbəkənd gəzər, Tanrıya, peyğəmbərə və imamlara həsr olunan ilahi mahnılar oxuyardılar. Belə mahnılar el arasında məhz dərvişlər vasitəsilə yayılıb və yaşadılıb. Həmin mahnıların bir çoxu bu gündə ifa olunmaqdadır.
Dərvişlər özləri də müxtəlif qruplara bölünür. Müxtəlif dərviş qardaşlıqlarında ayinlər, dini hərəkətlər, qəzəl, qəsidə, mərsiyələrin oxunma tərzi fərqli idi.
Məsələn, rifailər oxumağa, mövləvilər dövrə vurmağa, isəvilər tullanma hərəkətlərinə, şuabilər isə rəqsə üstünlük verirdilər.
Orta əsrlərdə mənəvi və ruhani həyata yönələn müsəlmanlar arasında iki qüvvətli təmayül meydana çıxıb. Bu dərviş tiplərindən birinin mərkəzi İraq, digərinin mərkəzi İranın Xorasan şəhəri olub. Cəmiyyətdə fərqli bir zümrə kimi görünən bu dərviş qardaşlıqları dindarlığın mənəvi əsaslarına həssaslıqla yanaşdıqlarını iddia etməklə özlərinəməxsus ədəb-ərkan qaydaları nümayiş etdiriblər.
Onlar özlərini camaatdan fərqli göstərən davranışlara malik idilər. Həm İraq sufilərinin, həm də Xorasan məlamilərinin dərvişliyi hər dövrdə varlığını davam etdirib və tədricən xaricə-Orta Asiya, Əfqanıstan, Pakistan, Qərbi Hindistan, Anadolu bölgələrinə yayılıb.

Müxtəlif adlar altında toplanan dərviş zümrələri bəzi fərqliliklər göstərsələr də, onların təməl qanunları eyni olub. Təməl qanunlarına görə, onlar nəfsin arzularına hakim olmağı, ölçülü və intizamlı yaşamağı, ruhi yetkinlik və mənəvi olğunluğa çatmağı bacarmalı idilər. Dərvişlərin çətinliklərə söykənməsi, muradına çatması üçün səbrli və dözümlü olması şərt idi.

Dərvişlərin bir xüsusiyyəti də səyyah olmalarıdır. Məscidlər, imarətxanalar, xaraba və viranələr, hətta mağaralar səyyah dərvişlərin yerləşdikləri və gecələdikləri yerlər olub. Bəzi dərvişlər isə tapındıqları yeri tərk etməyiblər. Dərviş səfərinin məqsədi əziyyət çəkmək, nəfsi çətinliklərə alışdırıb öyrətmək, məlumatlı və yaxşı hal sahibi olan kəslərlə görüşüb onlardan faydalanmaq, Allahın böyüklüyünü göstərən dəyişik şeylər görüb ibrət götürməkdir. Bəzi alimlər dərvişliyi maddi aləmdən ruhi aləmə doğru atılan mənəvi bir addım kimi də qiymətləndirirlər.

Sufi rəqslərini oynayan dərvişlər adətən saat əqrəbinin əksinə fırlanmaqla başlayıb, bir növ göy cisimlərinin hərəkətini təqlid edirlər. Bəzi alimlər bildirlər ki, hal-hazırda Kəbə daşının ətrafında zəvvarların dolanması mərasiminin əsasında dərviş rəqslərinin fəlsəfi əsası durur.

Dərvşlər həmişə xarici görkəmlərinə görə seçiliblər. Qılıq və paltarlarına əhəmiyyət verməyən bu adamların üst-başları toz-torpaq içində, paltarları çirkli, saç və saqqalları uzundur. Onlara görə iç üzlərinin yaxşı olması üçün xarici üzlərinin çirkin görünməsi lazımdır.

Səbr edən dərviş, muradına ərmişIX əsrdən etibarən xarici təsirlərlə və İslamın özü ilə uyğunlaşmayan bəzi inanc, düşüncə və davranışlara sahib dərviş birlikləri yaranıb. Məsələn, sünnilər tərəfindən qəbul edilən həqiqi və rədd edilən suru dərviş tipi buna misal ola bilər.
Sünniliyin qəbul etdiyi həqiqi dərviş yoxsuldur. Onlar bir paltar və bir loxma çörəklə kifayətlənər, miskinlikləriylə öyünərdilər. Bu tip dərvişlərə görə, könül zəngin, əl isə açıq olmalı, hər kəsə kömək eilməli, haqsızlıqlara dözüm göstərilməli, bütün insanlar sevilməlidir. Onlar yaradandan ötri yaradılanı xoş görür, günahkar insanlardan üz çevirməzdilər.
Klassik şair Sədi Şirazi bu tip dərvişlər barədə belə deyib: «Dərviş könül əhlidir, Allah adamıdır. Tapdalandıqca, daha yaxşı məhsul verən torpağa bənzər. Dərvişin əli, könülü və bədəni boşdur, əlində mal, könlündə mal əldə etmə arzusu olmaz, bədəniylə günaha girməz».

Böyk türk şairi Yunus İmrə isə «Sən dərviş ola bilməzsən» adlı şeirində dərvişliyin çox çətin bir yol olduğunu vəsf edib. «Bu çətinlik haqqıyla bilinsəydi, kimsə dərvişliyi istəyən olmazdı»-deyə o, yazıb.

Zaman dəyişdikcə yeni-yeni dərviş təpləri yaranıb. Uzun müddət dastan, lətifə, nağıl və deyimə mövzu olan dərvişlər, əsrlər boyunca ictimai və dini həyatın əhəmiyyətli bir parçası olaraq varlıqlarını davam etdiriblər.

Bu gün də İslam ölkələrində dəyişik dərviş tiplərinə rast gəlinməkdədir. Hazırda Mərkəzi Asiya və Yaxın Şərqin bəzi ölkələrində sufi dərvişlərin müvəqqəti yaşamaları üçün xanəgahlar da var.

Azərbaycan İslam dininə ibadət edildiyi bir ölkə olduğundan burada da dərviş zümrələri mövcud olub, indi də var. Orta əsr Azərbaycan miniatürlərində dərviş rəqslərini təsvir edən səhifələr var. Vaxtilə İran, Türkiyə, Orta Asiyadan dərvişlər həmişə böyük ürfan alimi, Şəms Təbrizinin müəllimi Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gəlirmişlər. Bəzi araşdırmaçılar tanınmış rəssam Səttar Bəhlulzadəni Azərbaycanda yaşıyab-yaratmış ən məşhur dərviş hesab edirlər.
Rəvayətə görə, vaxtilə Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gələn dərvişlərdən biri burada kiçik yaşlı Səttar Bəhlulzadə ilə rastlaşır və onunla bir müddət söhbət edir. Deyilənə görə, Səttara dərvişliyi təlqin edən həmin şəxs ona dərviş fəlsəfəsini aşılaya bilib.


Tarix: 09.12.2014 / 14:06 Müəllif: Aziza Baxılıb: 222 Bölmə: Fəlsəfə
loading...