Yeni dövr fəlsəfəsinin rasionalizmi Benedikt Spinoza və Qotfrid Leybnitsin adı ilə bağlıdır.Onlar Avropa fəlsəfəsinin zənginləşməsi və inkişafına əhəmiyyətli dərəcədə kömək etmişlər.
Hollandiya filosofu B.Spinoza (1632-1677) fəlsəfi görüşlərinə aşağıdakı əsərlərində şərh vermişdir: "Allah və insan haqqında,insanın xöşbəxtliyi haqqında" (1658-1660), "İlahiyyatçı siyasi əsər"(1670), "Etika"(1675).Spinozanın fəlsəfi sisteminin əsasını vahid substansiya haqqında təlim təşkil edir.O,göstərirdi ki,Allahdan başqa heç bir substansiya mövcud deyildir.Onun fikrincə bu substansiyanın ayrılmaz xassəsi təfəkkür və ya təbiətdir.Bununla o,Dekartın dualizminin ziddiyətini aradan qaldırmışdır.Spinozanın fəlsəfəsində Allah və substansiya bir anlayışda birləşirlər.Allah təbiət üzərində dayanmamışdır.O,təbiətdən kənarda olan bir yaradıcı kimi mövcud deyildir.Allah birbaşa təbiətin özündə mövcuddur.Beləliklə,Spinoza xüsusi (şəxsi) Allahı inkar edir və onu dünyanın universal səbəbi kimi başa düşürdü.Bu fikir Spinoza panteizminin əsasını təşkil edirdi.Spinoza ardıcıl determinist kimi belə hesab edirdi ki,hər bir şeyin yaranması,mövcudluğunun və məhvinin obyektiv səbəbləri vardır.O,zərurətin hər yerdə şəriksiz hökümranlığını israr edir və təbiətdə obyektiv təsadüfün mövcudluğu imkanını istisna edirdi.İdrak nəzəriyyəsində Spinoza rasionalizm mövqelərindən çıxış edir,idrakı iki yerə bölürdü :
1)hissi idrak və 2)rasional idrak
Spinoza hissi idrakı qeyri-müəyyən,qeyri-həqiqi,rasional idrakı isə-həqiqi,aydın və müəyyən hesab edirdi.O göstərirdi ki,duyğu orqanları vasitəsilə ayrı-ayrı şeylərin yalnız səthi xüsusiyyətləri haqqında təsəvvür əldə etmək olar.Şeylərin mahiyyəti yalnız ağıl vasitəsi ilə dərk edilə bilər.Spinoza azadlıq və zərurət haqqında xüsusi təlim yaratmışdır.Onun bu təlimi idrak nəzəriyyəsi ilə sıx surətdə əlaqədardır.Azadlıq və zərurətin qarşılıqlı münasibəti məsələsini həll edərkən o,insanın diqqətini hadisələrin səbəbiyyət əlaqələrinin dərk olunmasına cəlb edirdi.Bu zaman Spinoza bir seyirci materialist kimi gerçəkliyin dəyişdirilməsi məsələsini kənarda qoyurdu.Bütün bunlara baxmayaraq o,fəlsəfənin sonrakı inkişafına güclü təsir göstərmişdir.
Rasionalizmin digər bir nümayəndəsi Q.Leybnits (1646-1716) idi.O obyektiv idealizmin nümayəndəsi kimi tanınmışdır.Leybnitsin ali riyaziyyat sahəsində də böyük xidməti olmuşdur.Onun əsərlərində riyazi məntiq və kibernetika elmlərinə dair dəyərli ideyalara da rast gəlirik.Məntiq elminin inkişafında da Leybnitsin mühüm xidməti olmuşdur.
Leybnitsin fəlsəfi sistemi mahiyyətcə iki hissədən ibarətdir :
1) monadlar nəzəriyyəsi (monada,yunanca-təklik,vahid deməkdir).
2) İdrak nəzəriyyəsi.Leybnits "Monadologiya" əsərində göstərirdi ki,
Kainat-Allah tərəfindən yaradılmış sonsuz miqdarda ideal substansional vahidlərdən-monadalardan ibarətdir.O monadalarda əsl təbiət atomlarını, bütün şeylərin tərkib hissələrini görürdü.Filosof bütün monadaları üç kateqoriyaya bölürdü:
1) həyat monadaları ;
2) can monadaları ;
3) ruh monadaları .
Leybnitsə görə,monadalar məkanda yer tutumuna,formaya malik deyildir,onlar hissələrdən ibarət deyildir,təbii yolla nə yarana bilər,nə də məhv ola bilər.Monadalar bölünməzdir Leybnits öz mərkəzi monadalarının spesifik xüsusiyyətlərindən asılı olaraq,bütün mürəkkəb substansiyaları üç qrupa,qeyri-üzvi cisimlərə bölmüşdür:Qeyri-üzvi cisimlər həyat monadaları tərəfindən yaradılır.Can monadalarından heyvanlar,ruh monadalarından isə insanlar yaranır.
Filosofun fikrincə monadalar ikili təbiətə malikdir: fəal-ruhi və passiv maddi monadalar.Materiya isə,Leybnitsə görə,yalnız ruhun təzahürüdür.O materiyanı idealistcəsinə şərh edərək,onu ikinci hesab edir,kainatın vahid maddi substansiyası haqqında materialistlərin təlimini təqzib etməyə çalışırdı.Onun təbirincə materiya öz mövcudluğunun əsaslarını özündə daşımır.Guya materiya nə müstəqil inkişaf etmək nə də ki,duyğu əmələ gətirmək qabiliyyətinə malik deyildir.Leybnits belə hesab edirdi ki,dünyada hər şey,o cümlədən atomlar da Allah tərəfindən yaradılmışdır.Əsas vəzifə Allahın qarşıya qoyduğu vəzifələri həyata keçirmək və bunun nəticəsində inkişafa nail olmaqdan ibarətdir.Leybnitsin "Monadologiya" -sında dialektika elementləri xüsusi yer tutur.İdrak məsələlərin həllində o, rasionalist idi.Onun nəzəriyyəsində rasionalizm və empirizm elementləri ilə metafizikcəsinə uzlaşmışdır.Lakin bununla belə,Leybnits hisslər vasitəsilə rənglərin,iylərin,dadların dərk edilməsini inkar etmirdi.Bu o deməkdir ki,Leybnits duyğulara əsaslanan idrakı rədd etmir.Onun fəlsəfəsində hissi idrak rasional idrakın aşağı pilləsi və ya ilkin müqəddəm şərti kimi çıxış edir.
Leybnits fəlsəfəsi,məlum nöqsanlarına baxmayaraq, XVIII əsrin sonu və XIX əsrin əvvələrini əhatə edən klassik alman fəlsəfəsinə böyük təsir göstərmişdir.
Sensualizmin subyektiv idealizmlə başa çatdırılması.Qərbi Avropada sensualizm fəlsəfəsi Corc Berkli və David Yumun təlimi ilə sona çatdı.
Corc Berkli (1685-1753) Kilsədə baş keşiş vəzifəsində işləmişdir.Berkli "Yeni baxış nəzəriyyəsi təcrübəsi" və dünya ona görə mövcuddur ki,biz onu dərk edirik o deyirdi ki,mövcud olan bütün şeylər bizim duyğularımızın kombinasiyasıdır.
"İnsan biliklərinin başlanğıcları haqqında traktat" larında özünün subyektiv idealist fəlsəfi sistemini yaratmış və inkişaf etdirmişdir.Obyektiv idealizmin nümayəndələrindən fərqli olaraq Berkli subyektin şüurunu birinci,şeyləri müxtəlif duyğular və təsəvvürlərin məcmusu hesab edirdi.Onun nöqteyi nəzərincə,dünya ona görə mövcuddur ki,biz onu dərk edirik.Materiyanın bir substansiya kimi mövcud olmadığını sübut etməyə səy göstərən Berkli öz fəlsəfəsinin ilk çıxış nöqtəsini əsas götürürdü: "Mövcud olmaq"-qavranılmaq deməkdir".Berkli insan tərəfindən qavranılan keyfiyyətlərin obyektiv surətdə mövcud olduğunu inkar edərək,eyni zamanda,məkan,zaman və hərəkətin subyektiv-idealist şərhini vermişdir.Şeylərin duyğuların məcmusu hesab edən Berkli səbəbiyyət materialist anlayışına qarşı qətiyyətlə çıxış edirdi.
İngilis filosofu David Yum (1711-1778) subyektiv idealizm və aqnostisizmin nümayəndəsi kimi tanınmışdır.Yum "İnsan təbiəti haqqında traktat", "Mənəviyyat və siyasət məsələləri haqqında mühakimə" , "İnsan ağlının tənqidi" adlı əsərlərin müəllifidir.Bu əsərlər əsasən,idrak problemlərinə həsr olunmuşdur.Mahiyyət etibari ilə,sensualizmin prinsiplərini davam etdirmişdir.Yum göstərirdi ki,həm Yuma görə,idrak müxtəlif təsəvvürlərin insan tərəfindən dərk olunması deməkdir.O,predmetlər haqqındakı təsəvvürləri predmetlərin özü ilə eyniləşdirirdi. Yumun fəlsəfi təliminə görə,predmet-insanın təsəvvürlərinin məcmusundan başqa,bir şey deyildir.O belə bir sual qarşıya qoyurdu.Xarici aləm bizim duyğularımızın mənbəyi kimi mövcuddurmu?Bu suala cavab verərkən deyirdi ki,biz bunu sübut edə bilmərik.Odur ki,Yumun mövqeyini aqnostisizm kimi xarakterizə etmək olar.
Tarix: 09.12.2014 / 13:49 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: Fəlsəfə