Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orta əsrlərdə və Yeni dövrdə etik fikir

Orta srlərdə istər Şərqdə, istərsə də Qərbdə, yəni Avropa ölkələrində etik fikir dini ideologiya çərçivəsində inkişaf edirdi. Kökləri eranın əvvəllərində Şərqin mistiklərindən başlayan dini-etik təlimlərin və xristianlığın ideya mənbələrindən biri stoiklərin fəlsəfəsi oldu. Məsələn, İskəndəriyyəli Filon (təxm. e.ə. 25 – təxm. e.ə. 40) Bibliyanı və yunan mifologiyasını şərh edərək dini etikanı ehtiyatla təbliğ edirdi. Onun fikrincə, heç olmasa bir gün yaşayan insan artıq günahsız deyil. İnsanların mənəvi həyatının əsas vəzifəsi Allahı təqlid etməkdir. Dinə tabe edilən əxlaq teoloji xarakter daşıyırdı. İlk yarandığı vaxtlar xristian əxlaqı əsasən demokratik və proqressiv idi. Xristian etikasının ən böyük nailiyyətlərindən biri bütün insanların Allah qarşısında bərabər olması ideyasının tərənnümü oldu. Dini əxlaqın ali prinsiplərinə adam öldürməyin və pozğunluğun (zina etməyin) qadağan olunması da daxil idi. Lakin əfsus ki, özlərini xristian adlandıranlar əksər hallarda nəinki buna əməl etmirdilər, hətta bunun əksini edirdilər. Məsələn, səlib yürüşlərində, inkvizisiya tonqallarında nə qədər adam həlak olmuşdu. Vatikan ilahiyyatçıları Hitler və Mussolininin ənənələrinə xeyir-dua verirdilər. Din xadimlərinin pozğunluğu isə Bokkaççonun «Dekameron» əsərində gözəl təsvir edilmişdir. Roma papalarının əxlaqsızlığı da Vatikanın keçmiş işçisi Pavel Karmanskinin əsərində göstərilib (101, səh.49).

Yeni dövrün qabaqcıl mütəfəkkirləri antik dövrün mütərəqqi ənənələrini davam etdirərək dini-asketik ideyalara qarşı çıxır, insanların xoşbəxt olmaq hüquqlarını və bərabərliyini təbliğ edirdilər. Onların fikrincə, əxlaq müstəqil sahə olmalı, dindən asılı vəziyyətə düşməməlidir. İnsanlar mənəvi zənginliyə kilsənin köməyi olmadan da çata bilərlər. Əxlaq kilsə boyunduruğundan xilas olmalıdır. Etika ilahiyyatdan ayrılıb fəlsəfənin müstəqil sahəsinə çevrilməlidir. Belə istiqamət götürənlər içərisində italyan Cordano Bruno (1548-1600), fransız Rene Dekart (15961650), holland Benedikt Spinoza (1632-1677), ingilislər – Tomas Hobbs (1588-1679), Con Lokk (1632-1704) və b. var idi. Spinoza hətta «Etika» adlı kitab da yazıb. XVIII əsrin Avropa maarifçiləri, o cümlədən, fransız materialistfilosofları da, məsələn, D. Didro, (1713-1784), J. O. Lametri (1709-1751), K. A. Helvetsi (1715-1771), P.A.Holbax (1723-1789) etik fikir tarixində özünəməxsus iz buraxmışlar. Onlar əxlaq məsələlərini elmi səviyyəyə qaldıraraq insanın davranışını onun təbii halı iləəlaqələndirirdilərsə, alman klassik fəlsəfəsinin nümayəndələri olan İ. Kant (1724-1804) və G. Hegel etikanı həyatdan ayırmağa çalışırdılar. Kantın etika sahəsində tarixi xidmətlərindən biri borc problemi iləəlaqədardır. Borc problemi Kantın etikasında mərkəzi yer tutur. G. Hegelə (1770-1831) görə əxlaq insan təbiətinə yad olmasa da, ona əvvəldən xas olan xüsusiyyət də deyil. İnsan doğularkən nə xeyirxah, nə də bədxah olur. Bu xüsusiyyətlər nəyinsə nəticəsindəəldə edilir. Hər bir insanın müəyyən məqsədi olur. Əsas məqsəd isə sərvətə çatmaqdır. Hegel üçün əsas əxlaq kateqoriyaları borc, xeyir və vicdandır. Əxlaq yalnız cəmiyyətdə mövcud ola bilər. Hegelin əsas etik fikirləri «Ruhun fenomenologiyası» və «Hüquq fəlsəfəsi» əsərlərində öz əksini tapmışdır. Hegel fəlsəfəsi üçlük üzərində qurulub: 1) tezis; 2) antitezis; 3) sintez. Hegel mənəviyyatı «obyektiv ruhun» mərhələlərinə aid edir. Mənəviyyat obyektiv ruhun hərəkətinin məhsuludur. Burada ruh triada pillələri ilə inkişaf edir: 1) hüquq; 2) əxlaq; 3) mənəviyyat. Hüquq tezis olub, azadlıqdan uzaq olan xarici zərurətə tabedir. Əxlaq antitezis olub subyektiv şüurdur, fərdin vicdanıdır. Mənəviyyat sintez olub, əsil azadlıqdır, hüquq vəəxlaqın, zərurət və subyektiv iradənin qovuşmasıdır. O, ictimai həyatda gerçəkləşir ki, Hegel burada mənəviyyatın inkişafının üç formasını – ailə, vətəndaş cəmiyyəti və dövləti ayırır. Hegel bu ictimai formalara istinad edərək, etikanı fərdin dövlət qarşısındakı konkret vəzifələrinin məcmusuna çevirir.

XX əsrdə etika artıq əxlaq haqqında müəyyən biliklər sisteminə çevrilib ki, bu da özünəməxsus elmi-kateqorial aparata malikdir. Tarixi inkişafın müxtəlif mərhələlərində etika müəyyən problemlərin həlli yollarını və bəzi spesifik sualların cavabını axtarmağa çalışmışdır. Belə problemlərəəxlaqi fəzilətlər, əxlaq normaları, insanın davranış qaydaları, bunlarla əlaqədar tələblər və s., haqqında danışılan spesifik suallara isə «xeyir və şər nədir?», «insanın mənəvi borcu nədir?», «insan özünü necə aparmalıdır?» və s. aiddir. Bu problemlərlə normativ etika məşğul olur.


Tarix: 09.12.2014 / 14:02 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Fəlsəfə
loading...