İnsanın mahiyyətini, onun mənşəyini, cəmiyyətin yaranmasını dərindən öyrənmək üçün antropososiogenezisi bilmək lazımdır. Antropososiogenezis sözü üç sözün birləşməsindən əmələ gəlmişdir. Antropo – insan, sosio – cəmiyyət, genezis – mənşə deməkdir. Antropososiogenezis dedikdə insanın və cəmiyyətin mənşəyi nəzərdə tutulur. Antropososiogenezis dedikdə insanın İnsanın mahiyyətini, onun mənşəyini, cəmiyyətin yaranmasını dərindən öyrənmək üçün antropososiogenezisi bilmək lazımdırfiziki tipinin əmələ gəlməsini, onun əmək fəaliyyətinin, nitqinin və eləcə də cəmiyyətin inkişaf mərhələlərinin başlanğıcı onların təkamül prosesini və qanunauyğunluqlarını öyrənir. Antropoloji prosesdə insanın təkamülündə tarixi inkişafında əsas amil əmək fəaliyyəti olmuşdur.
İnsanın əmələ gəlməsi ilə əlaqədar fikirlər bir-birini əvəz edən mərhələlərə bölünür:
1) İnsanın antropoid əcdadı-müntəzəm surətdə təbii əşyalardan istifadə edən ali primatlardır;
2) Ən qədim insanlar (arxentroplar və plansontroplar) süni surətdə hazırlanmış və müəyyən həddə qədər mürəkkəbləşdirilmiş əmək alətlərinin meydana gəlməsi;
3) Müasir fiziki quruluşlu insanlar.
Antropososiogenezisdə ailə münasibətlərinin formalaşması da müəyyən rol oynamışdır. Çünki insan kollektivlərinin formalaşması üçün yalnız əmək və dil kifayət etmirdi. Burada praktika, yəni insanın özünün özünü istehsal etməsi prosesi də müəyyən rol oynamışdır. Həmin praktik proses isə heyvani sürüdən ibtidai qəbilə icmasına keçiddən başlanır ki, o da ailə prosesinin formalaşması ilə səciyyələnir.
İnsana tarixi-fəlsəfi baxışa əsasən insan kimdir? Sualına mütəfəkkirlər müxtəlif mövqelərdən cavab vermişlər. Bəziləri insanı ağıllı varlıq (homo sapens), bəziləri yaradıcı varlıq (homo faber), bəziləri şüurlu fəaliyyət göstərən varlıq (homo agens), bəziləri emosiyalı, təbəssümlü varlıq (homo ludens), bəziləri isə əxlaqi varlıq (homo moralis) adlandırmışdır.
İnsanda mötədilliyi, ağılılığı, sözlə işin düz gəlməsini Demokrit ən yüksək məziyyət elan edirdi. O deyirdi ki, insan «müdrikliyi» aşağıdakı 3 bəhrəni verir : yaxşı düşünmək, yaxşı danışmaq, yaxşı hərəkət etmək. Demokrit insana yardım üçün «o dünya» qüvvələrinə ilahi qüvvələrə müraciət etməyi lüzumsuz hesab edirdi. O deyir: «İnsana lazım olan nə varsa, hamısını insan təbiətdə və özündə tapmalıdır». Qədim yunan mütəfəkkiri Platona görə insan ruhun və bədənin vəhdətidir. Lakin onun fikrincə bunlar bir-birinə ziddir: ruh insanidir, bədən isə yalnız aşağı və ruha düşmən olan materiyadır. Ruh insan bədənində olanda səma vətəninə qayıtmaq həsrətində olur. Platonun ruhu və bədəni bir-birindən ayıran ideyaları Qərbin dualist fəlsəfəsi üçün insanın sonrakı anlaşılmasında müəyyən rol oynadı.
Tarix: 09.12.2014 / 13:29 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Fəlsəfə