Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

17-ci əsr ingilis fəlsəfəsi

Böyük ingilis filosofu Frensis Bekon (1561- 1626) empirizm metodunun banisi hesab olunur. O, eyni zamanda müasir induktiv metodun və elmi fəaliyyət prosesinin məntiqi sistemləşdirilməsinin əsasını qoyandır (O, alim kimi təcrübə apararkən güclü soyuqdəymədən ölmüşdür). Onun «Yeni orqanon», «Ləyaqət və elmin inkişafı haqqında» əsərləri çox məşhur olmuşdur. «Ləyaqət və elmin inkişafı haqqında» əsərləri bir sıra cəhətlərdən olduqca müasirdir. «Bilik qüvvətdir»- məşhur fikri ona məxsusdur. Həmin fikir biliyin praktiki əhəmiyyətə malik olduğunu göstərirdi. Ümumiyyətlə, hər şeydən əvvəl, Bekonun fəlsəfəsi praktiki əhəmiyyət daşımışdır. O, elmi biliklərin, kəşflərin köməyi ilə təbiət qüvvələrinə üstün gəlməkdə bəşəriyyətə yardımçı olmaq məqsədi güdür. Ortodoksal dinə etiqad etsə belə o fəlsəfi teologiyaya qarşı çıxırdı. Bekon belə hesab edirdi ki, əql çox şeyə qadirdir. Hətta onun köməyilə Allahın varlığını da sübut etmək olar. Fəlsəfə yalnız ağıldan asılı olmalıdır. Lakin insan əqli gücsüz olduğu yerdə etiqada da müraciət edə bilər. Beləliklə, Bekon «ikili həqiqət»; əql həqiqəti və etiqad (vəhy) həqiqəti tərəfdarı olmuşdur.
Məlum olduğu kimi, «ikili həqiqət» nəzəriyyəsi XIII əsrdə meydana çıxmış və kilsə tərəfindən mühakimə edilmişdir. Bekonun fəlsəfi fikir tarixində ikinci böyük xidməti idrakın induktiv metodunu işləyib hazırlamasıdır. O, induksiyanın deduksiyaya nisbətən üstünlüyünü qeyd etmişdir. Bekonun yazmaq niyyətində olduğu «Elmlərin böyük bərpası» adlı ensiklopedik əsərində, xüsusilə onun təbiət hadisələri, yaxud fəlsəfə üçün əsas ola biləcək təbiət və təcrübə tarixi hissəsində Bekonun niyyəti qismən həyata keçdi. Onun əsərinin üçüncü hissəsinə aid materiallar Londonda 1622- 1623- cü illərdə çap olunmuşdur.
Frensis Bekon öz yeni, empirik, induktiv metodunu, hər şeydən əvvəl, aşağıdakı məqsədlərə: ömrü uzatmaq, müəyyən dərəcədə cavanlaşdırmaq, insanın bədən quruluşunu və simasını dəyişdirmək, bir qisim cisimləri başqa qisim cisimlərə çevirmək, yeni növlər yaratmaq, havaya hakim olmaq və tufan yaratmaq məqsədlərinə çatmaq üçün tətbiq etmək həsrətini çəkir; o, bu qəbil tədqiqlərin tərk edilməsindən şikayətlənir və öz təbiət tarixində qızıl hazırlamağın və müxtəlif möcüzələr etməyin qəti reseptlərini verir . İnduktiv metoda üstünlük verən Bekon deduktiv metodu qəbul etmirdi. Bu isə onun çox böyük səhvi idi. Əslində elmi idrakda deduksiyanın rolu olduqca böyükdür. Çünki çox vaxt hipotezləri yoxlamaqdan ötrü uzun bir deduktiv proses lazım olur. Əldə edilən nəticələr müşahidələrlə yoxlanılmalıdır. Adətən deduksiya riyazi hesab olunur. Lakin Bekon elmi tədqiqatlarda riyaziyyatın və hipotezlərin rolunu lazımi qədər qiymətləndirməmiş, empirik tədqiqatları, eksperimenti daha çox şişirtmişdir.
Bekon öz metodunu ona görə yüksək qiymətləndirmişdir ki, bu metod elmin arxalandığı faktların təsnifatına imkan vermişdir. O, belə hesab edirdi ki, metod özündən sap düzəldən hörümçəyə yox, sadəcə yığıcılıqla məşğul olan qarışqalara bənzəməməlidir. Onlar yığan və qaydaya salan arılara bənzəməlidir. Rasionalizmi tənqid edən Bekon bəşəriyyətə beş növ kabuslardan qorunmağı məsləhət görmüşdür. Həmin kabuslar-əqlin səhvlərə aparan səfeh vərdişləridir. Onlar bəşər nəslinə daxilən xas olan nəsil kabusları, ayrı- ayrı tədqiqatçıya xas olan şəxsi mövhumatla əlaqədar mağara kabusları, bizim əqlimizə mənfi təsir göstərən dildə lazımsız sözlərin işlədilməsi ilə bağlı bazar kabusları, ümumi qəbul edimiş təfəkkür sistemləri ilə bağlı (məsələn, dini) teatr kabusları və köhnə məktəblərə bağlılıq kabuslarıdır ki, burada kor qaydaları (məsələn, sillogizm) tədqiqat, ağıllı mühakimə əvəz edə bilər.
Tomas Hobbs (1588-1679).Yeni dövr ingilis fəlsəfəsinin görkəmli nümayəndələrindən biri Hobbs idi.O hər şeydən əvvəl ingilis fəlsəfəsində materialist ənənənin davamçısı kimi tanınmışdır.Hobbs,Bekon materializmini sistemləşdirdi,fəlsəfənin ilahiyyata tabe etdirilməsində qarşı onun mübarizəsini davam etdirdi və bir qədər də dərinləşdirdi.Hobbs,həmçinin,Bekon materializminin teist qalıqlarını məhv etdi.(Teizm-şəxsi Allahın mövcudluğunu etiraf etmək,bütün dünyəvi hadisələrdə onun birbaşa iştirakını qəbul etmək deməkdir).
Hobbs "Təbii və siyasi qanunların elementləri" (1640), "Leviafan" (1651) adlı əsərlərində , "Cisim haqqında" (1655), "İnsan haqqında" (1658), "Vətəndaş haqqında" (1642) triloksiyasında özünün fəlsəfi,sosial-siyasi baxışlarının şərhini vermişdir.O,fəlsəfə tarixində ilk dəfə mexaniki materializmin tamamlanmış sistemini yaratmışdır. Hobbs fəlsəfənin əsas məsələsinin idealistcəsinə və dualistcəsinə həllinə qarşı mübarizə aparırdı.Onun fikrincə,dünya cisimlərin məcmusundan ibarətdir.Dünyada qeyri-cismani heç nə mövcud deyildir.Dünya cismanidir,yəni dünyada cisim var cisim yoxdursa,deməli,heç nə yoxdur.Hobbsun təliminə görə,ayrı-ayrı cisimlərdən materiya təşkil olunmuşdur.Materiya əbədidir,onun təşkil olunduğu ayrı-ayrı cisimlər isə müvəqqətidir,onlar meydana gəlir və yox olur.Lakin bir mexanika materialist kimi Hobbs materiyaya sırf kəmiyyət xarakteristikası verirdi.Onun fəlsəfəsində maddi cisimlər,rəng,səs,iy və.s.kimi keyfiyyətlərdən məhrumdurlar.Bu keyfiyyətləri o subyektiv keyfiyyətlər adlandırırdı.Hobbs hərəkəti materiyanın xassəsi hesab etmişdir.Lakin o materiyanın hərəkət formalarının müxtəlifliyini görə bilmir,hərəkətin yalnız mexaniki formasını qəbul edirdi.
Hobbs dünyanın dərk edilənliyini inkar etmirdi.O,insanın biliklərinin mənbəyini obyektiv gerçəklikdə axtarır və göstərirdi ki,idrak duyğulardan başlayır.Lakin o,duyğuların obyektiv aləmin subyektiv surəti olduğunu başa düşə bilmirdi.Onun fikrincə,cismin hissəciklərinin hərəkətindən başqa bir şey deyildir.Hobbs deyirdi ki,hisslər vasitəsi ilə insan şeylərin bütöv obrazını yaradır.Ağlın vasitəsi ilə o,şeylərin tərkib hissələrini dərk edir.Hobbs idrak prosesində ağlın rolunu şişirdir,duyğuların rolunu isə kiçildirdi.Onun idrak metodu rasionalizmin nominalizmə birləşdirilməsi süni surətdə birləşdirilməsindən ibarətdir.Hobbs fəlsəfəsində empirik bilikdən rasionala,təkcədən ümumiyə ,hisslərlə qavranılanlardan anlayışlara keçid nominalizm konsepsiyası əsasında baş verir.Bu konsepsiyaya əsasən ümumi anlayışlar real olaraq mövcud deyil,onlar özlüyündə "adların adı"deməkdir.Hobbs hissə və məntiqinin,təkcə ilə ümuminin dialektikasını başa düşə bilmirdi. Hobbsun sosial baxışları,onun dövlət və hüquqa dair təlimi ictimai fikrin inkişafına böyük təsir göstərmişdir.
O,yanlış olaraq dövlətin meydana gəlməsi səbəbini insanların şüurunda görürdü.Hobbsun fikrincə dövlət─insanlar arasında müqavilənin nəticəsi kimi meydana gəlir.Şübhəsiz,bu dövlət haqqında tipik idealist nəzəriyyə idi.Lakin o,dövlətə ilahinin yaratdığı bir quruluş kimi deyil,insanların özlərinin yaratdığı bəşəri quruluş kimi baxırdı. Hobbs dövlətin üç mümkün formasını göstərirdi:monarxiya,aristokratiya və demokratiya.O,mütləq monarxiyanı daha kamil forma hesab edirdi.Dövləti qayda-qanunun,nizam-intizamın anası adlandırırdı.Hobbs dinin yaranması səbəbini cəhalətdə insanların nadanlığında görürdü.O belə,hesab edirdi ki,dinin cəmiyyət həyatında müəyyən rolu var.Lakin,din siyasətə,dövlət işlərinə qarışmamalıdır.

Yeni dövr ingilis fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də Con Lokkdur (1632-1704).O Bekonla başlayıb Hobbsa qədər davam edən ingilis fəlsəfəsində empirik xəttin nümayəndəsi kimi çıxış etmişdir.Lokk Bekonun empirizmini inkişaf etdirmiş,idrak təlimində sensualizmə tərəfdar çıxmışdır.(Qnesaologiyada duyğunu idarakın yeganə mənbəyi hesab edənlərə sensualistlər deyilir).Lokk "İnsan zəkasına dair təcrübə" əsərində insan biliklərinin öz mənbəyini hisslər aləmindən götürməsi haqqında fikirləri hərtərəfli əsaslandırmışdır.
Anadangəlmə ideyalar haqqında Dekartın idealist nəzəriyyəsini tənqid edərək,Lokk sübut edirdi ki,insan biliklərinin,onun bütün ideyalarının mənbəyi hissi təcrübədir.Elə bu əsas üzərində də o özünün sensualist idrak nəzəriyyəsini yaratmışdır.Lokka görə,idrak prosesi xarici aləmin insanın hiss üzvlərinə təsirindən başlayır.Lokkun bu materialist müddəasına baxmayaraq,idrak nəzəriyyəsində o,materializm və idealizm arasında tərəddüd etmişdir. Lokk materiyanın konkret təhlinini verərək göstərirdi ki,maddi cismlər yalnız kəmiyyət cəhətdən bir-birindən fərqlənirlər.O,materiyanın keyfiyyətcə müxtəlifliyini inkar edirdi.Lokk materiyanın təkcə kəmiyyətcə deyil,həm də keyfiyyətcə tükənməz,sonsuz olduğunu qəbul etmirdi.Onun fikrincə,maddi cisimlər bir-birindən yalnız həcmi,forması,hərəkəti və ya hərəkətsizliyi ilə fərqlənirlər.Lokk belə keyfiyyətləri maddi cisimlərin özlərinə xas olmayan,ikinci dərəcəli,subyektiv keyfiyyətlər kimi xarazterizə edirdi.Göründüyü kimi,bu məsələnin həllində Lokk ciddi yanılırdı. Lokkun materializmdən bir qədər geri çəkilməsindən,sonrakı illərdə subyektiv idealistlər,birinci növbədə Berkli və Yum istifadə etdilər.


Tarix: 09.12.2014 / 13:44 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Fəlsəfə
loading...