Qədim şərq ölkələrinin fəlsəfəsi fəlsəfəyə qədərki şüurdan aydın şəkildə fərqlənmirdi, şox hallarda adi əxlaqi şüurdan (Çində) və dini mifoloji şüurun qarışığından (Hindistan) ibarət olurdu. Lakin həmin ölkələrdə, dünyaya bu və ya digər münasibətdə az və ya şox dərəcədə fəlsəfi şüur elementləri mövcud olmuşdur. Eramızdan əvvəl IV minilliyin sonu və III mininilliyin əvvəllərində qədim Misirdə və babilistanda dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxıçlar bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat, astronomiya və astrologiyaya əsaslanırdı.
Qədim Babilistanda da danışılan dövrdə dünya haqqında sadəlövh baxışlar «Ağa ilə qulun söhbəti», «Çarəsizin öz ruhu ilə söhbəti» adlı abidələrdə irəli sürülmüşdür. Orada maddi və axirət dünyasından söhbət salınır. Bütün bu fikirlər dini-mifoloji dünyagörüşünün böhranını ifadə etsə də fəlsəfi dünyagörüşü yüksəldə bilmirdi.
Qədim dövrdə Azərbaycanda da fəlsəfəyə qədərki şüur səviyyəsində dünyaya, varlığa və insana dair fikirlərə rast gəlinir. Bu cür fikirlər «Avesta» kitabında ifadə olunmuşdur. Zərdüştliyin əsasında işıq və zülmətin əksliyi və ondan törəyən xeyir və şərin mübarizəsi durur. Zərdüştilik təlimi dualist təlim olmaqla bədən və ruhun müstəqilliyini irəli sürür, onun bütün predmetlərə aid olmasını iddia edir.
E.ə. I minillikdən başlayaraq qədim Hindistan və Çində bir sıra fəlsəfə məktəbləri, cərəyanları meydana gəlib formalaşmışdır. Hindistanda fəlsəfi firkin yaranması və inkişafı vedlərlə, yəni qədim Hindistanın mifoloji dünyagörüşündən fəlsəfəyə qədərki və fəlsəfi dünyagörüşünə keçidi əks etdirən yazılarla əlaqədardır. Bütövlükdə Vedlər şrut adlandırılan müqəddəs yazı mətnlərindən ibarət olmuş, əvvəlcə brahmanizmin, sonralar isə induizmin ideoloji əsasını təşkil etmişdir. Bu təlimlər Hindistanda fəlsəfi firkin inkişafında mühüm rol oynamışdır. Brahmanizmə görə varlığın yeganə yaradıcısı fövhqəlhissi olan Brahma allahıdır. O, əbədi,dəyişməz və mütləqdir. Qədim Hind dünyagörüşü budizmin yaranmasına dair rəvayətə görə Qanq vadisinin işmel sərhədlərində meydana gəlmişdir (e.ə. 563 - 483 il). Budda fəaliyyətə başladıqdan sonra qədim Hindistana xas olan öz təlimində «dord xeyirxah həqiqəti» irəli sürür. 1.Əzab şəkmək insane həyatının universal xassəsidir. O, insana ömrünün bütün dövrlərini əhatə edir.
2.İnsan iztirablarının səbəbləri vardır. Onlar dxarmaların sonsuz hərəkətlərindən asılı olaraq insane həyatı oksanının coşması və aşağı düşməsindən ibarətdir.
3.İztirablardan indiki zamanda yaxa qurtarmaq mümkündür. Bunun üçün insan öz daxili aləmini təkmilləşdirməlidir.
4.İztirablardan qurtarmaq üçün düzgün inam, axmaq məqsədlərdən, düşmənçilikdən, böhtan atmaqdan, düzgün həyat yolunu seşməkdən ibarətdir.
Qədim Çində fəlsəfi fakir ənənəvi icma-tayfa münasibətlərinin pozulması bir vaxta təsadüf edir. Çin fəlsəfə məktəblərinin ümumi mənşəyi Dao mədəniyyətindən ibarətdir. Burada daosizm və Konfutsiçilik cərəyanları əsas yer tutur.
Daosizm (qanun, prinsip) fəlsəfəsinə əsasən dünya kosmik böşluqda yaranan maddi hissəciklərin hərəkətindən ibarətdirlər. Dao cismani-mənəvi- ideal və teo-zoo-antropomorf mahiyyətdir. Qədim Çin fəlsəfəsində e.əvvəl VI-V əsrlərdə təşəkkül tapan daosizm fəlsəfəsinə görə dünya kosmik boçluqda yaranan maddi hissəciklərin hərəkətindən ibarətdirlər.
Tarix: 09.12.2014 / 13:28 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Fəlsəfə