Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan, fərd, fərdiyyat və şəxsiyyət.

İnsanın bioloji qanunauyğunluqlarla yanaşı bəşəriləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır.
İnsan ictimai varlıqdır, lakin o, ayrı - ayrı real fərdlərlə konkretləşir. İnsan fərdlə, qrup, sinif, kollektivlə bağlanır. Odur ki, insan həm fərdi-şəxsi, həm qrup-sinfi, həm də bəşəri mənəvi-siyasi keyfiyyətlərin, dəyərlərin daşıyıcısına çevrilir.

Fərd də həmişə ictimai mövcudluqdur: Yaşadığı ictimai münasibətlərin məhsuludur. Fərd sosiallaşaraq şəxsiyyətə çevrilir. «Fərd» anlayışı:
a) yüksək bioloji növ olan «Homo sapiens»in ayrıca bir nəfərini insan nəslinin təkcə götürülən bir üzvünü bildirmək, bir adamı başqalarından fərqləndirmək üçün;

b) fəlsəfi mənada isə sosial birliyin ayrıca bir «atomunu», qrupunun, sinfin, kollektivin, cəmiyyətin və s. fərdi bir üzvünü, təkcəni bildirmək üçün işlədilir. Deməli, ikinci mənada fərd «ictimailəşmiş», sosial təkdir. Fərd cəmiyyət içərisində yaşayır. Dövr, mədəniyyət, ictimai inkişafın xüsusiyyətləri fərdi davranışda təzahür edir, şəxsiyyətin fəaliyyətində reallaşır.

Şəxsiyyət həmişə ictimai inkişaf etmış sosial münasibətlərin daşıyıcısına çevrilir. Şəxsiyyət fərdin sosiallaşmasından, onun ictimai fəaliyyətinə və ünsiyyətə girməsi prosesindən yaranır. Şəxsiyyəti istiqamətləndirən və onu ətraf sosial-təbii mühitlə bağlayan onun dünyagörüşüdür, mənəvi simasıdır, iradəsi və mənəviyyatıdır.

Şəxsiyyət ən azı aşağıdakı mənəvi keyfiyyətlərə malik olmalıdır:

a) sosial fəallıq, təşəbbüskarlıq, idraki yetkinlik, əxlaqi saflıqla yanaşı mənəvi tamlıq, «özünəməxsusluq», fərdi «mənlik»;
b) fərdiliyin çoxsahəliliyi, məhdudluğun olmaması;
v) başqa cür ola bilməmək, ancaq göründüyü kimi olmaq;
q) öz hərəkətlərinə nəzarət və hökmranlıq etməyi bacarmaq, özünün ağası olmaq;
d) müstəqilliyini heç vaxt itirməmək;
e) sosial-sinfi həyat prinsiplərinə sədaqət, tutduğu yolun düzgünlüyünə inam;
j) ən sadə bəşəri cağırışları daim rəhbər tutmaq;
i) prinsipiallıq;
k) mənfi hallarla barışmazlıq.

K.Marks düzgün qeyd edirdi ki, şəxsiyyətin mahiyyətini heç də onun fiziki-fizionomiyası deyil, sosial keyfiyyətləri müəyyən edir.

Cəmiyyət - bütün canlı orqanizmlər içərisində ən yüksək mütəşəkkillikdir. İnsan cəmiyyətlə kollektivlər vasitəsilə əlaqəyə girir. Kollektiv şəxsiyyətin özünəməxsusluğunu itirmir, onu qoruyur, fərdi təşəbbüsə geniş meydan verir. Odur ki, burada şəxsiyyət özünü biriuzə verir və təsdiqləyir.


Tarix: 09.12.2014 / 13:28 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Fəlsəfə
loading...