Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Helian Dinq

Helian Dinq son Hsia şanyüsüdür. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü hun dövlətinin də sonu gəldi.


Tarix: 02.03.2013 / 17:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Dunya ve tarixi
loading...