Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahin Gəray

Şahin Gəray — Krımın sonuncu xanı. Birinci dəfə 1777-1782, ikinci dəfə isə 1782-1783-cü illərdə hakimiyyətdə olmuşdu. Gəraylardan şahzadə Topal Əhmədin (ö. 1750-ci ildə) oğlu və Krım xanı II Dövlət Gərayın nəvəsi idi.

Şahin Gəray 1745-ci ildə Ədirnədə anadan olmuşdur. Yunanıstan və İtaliyada təhsil almış, Kırım tatarcası və Osmanlıcayla yanaşı yunanca və italyancanı da öyrənmişdi.

Şahin Gərayın gənçlik illərinə təsadüf edən Rus-türk müharibəsi (1768-1774) Krım tatarları üçin büyük itkilərlə nəticələnmişdi. Xüsusilə, 21 iyul 1770-ci il tarixində baş vermiş Qartal döyüşündə Osmanlı-Tatar ordusu ağır məğlubiyyətə uğradı. Bü döyüş nəticəsində ruslar Krımdakı bütün strateji qalaları ələ keçirdilər. Döyüşün sonunda - 21 iyul 1774-cü il tarixində, imzalanmış Kiçik Qaynarca sülh müqaviləsinə görə isə Kırım, Osmanlı Dövlətinin nüfuz dairəsindən çıxaraq və Rusiyanın nəzarətinə keçdi.

Şahin Gəray 1777-ci ildə Krım taxtına oturduqda, artıq Krım xanlığının tənəzzül dövrü idi. Rusiya Krımda öz modernləşmə proqramlarını həyata keçirməyə başlamışdı. Fabriklər qurulmuş, paytaxt Bağçasaraydan Kəfəyə köçürülmüşdü. Rusiyanın təzyiqlərinə dözə bilməyən Şahin Gəray 1783-ci ilin fevral ayında hakimiyyətdən əl çəkib Rusiyaya getdi. 8 (19) aprel tarixdə Rus çarı II Yekaterina Krımın Rusiyaya birləşdirilməsi barədə manifest imzaladı. Şahin Gəray isə 1787-ci ilə qədər Rusiyanın müxtəlif şəhərlərində yaşadı, daha sonra Türkiyəyə üz tutdu. Lakin Türkiyədə Sultan I Əbdülhəmidinin göstərişi ilə onu tutub Rodos adalarına apardılar və elə həmin 1787-ci ildə orada edam etdilər.


Tarix: 03.03.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Dunya ve tarixi
loading...