Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uluqbəy Elmi nailiyyəti

Ulduz cədvəli kitabı beş hissədən ibarətdir. O beş hissənin ikisi astralogiyaya – ulduzlara görə insan taleyindən, gələcəkdə baş verəcək təbii hadisələrə həsr edilib.

XVII yüzildə isə “Ulduz cədvəli” latıncaya, fransızcaya və ingiliscəyə çevrilərək Londonda, Parisdə, Florensiyada və Cenevrədə nəşr edilir. «Ulduz cədvəli» kitabı o qədər heyranedici olur ki, bir çox alim cədvəlin orijinallığına şübhə ilə yanaşır. Alimin apardığı müşahidə və hesablamaları mümkünsüz hesab edirlər. Zaman isə öz işini görür.

1908-ci ildə Rus alimi Vyatkin Uluq bəyin rəsədxananın yerini müəyyənləşdirmək üçün Səmərqəndə gəlir. Burada arxivlərdə çalışır, qocalarla söhbətlər edir. Torpaq idarəsinin arxivində XVII yüzilliyə dair bir sənəd tapır. Sənəddə “təlli-rəsəd” adı ilə bir sahənin satılmasından bəhs edilir. Bu ifadə ona ipucu verir. Alim Qırxqız qəbiristanlığı yaxınlığındakı Kuhək təpəsindəki həmin sahədə arxeoloji qazıntı aparmağı qərara alır. Uğurlu və təkidli axtarış öz bəhrəsini verir. Rəsədxananın qalıqları tapılır.

Lakin qazıntını axıradək davam etdirə bilmir. Həmin yerdə qazıntı işləri birdə II Dünya Savaşı ərəfəsində davam etdirilir. 1941-ci ilin iyunun 22-də Faşist Almaniyasının SSRİ-yə hücumu qazıntını dayandırır.

1948-ci ildə arxeloji qazıntı yenidən davam etdirilir və bu iş Uluqbəy rəsədxanasının bərpasına şərait yaradır. 38 il vəliəhd kimi ölkəni idarə edən, elmi, sənəti, ədəbiyyatı inkişaf etdirən, abadlıq işləri aparan Uluq bəy 1447-ci ildə atası Şahrux Sultan dünyasını dəyişdikdən sonra böyük bir imperianı təkbaşına idarə etməli olur.

Onun gördüyü işlərdən narazı qalan, hakimiyyət bölgüsündə aldığı payla razılaşmayan, irticaçı saray məmurları Uluq bəyin oğlu Əbdüllətif Mirzəni atasına qarşı qiyama təhrik edirlər. Uluq bəy də başı elmə, poeziyaya qarışdığından sarayda baş verənlərdən vaxtında xəbər tutub sərt tədbirlər görə bilmir.


Tarix: 13.01.2015 / 19:02 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...